08-04-2019 [12:34]
"Azərbaycanda məhkəmə sistemi çöküb. Bu sahədəki problemlər hər zaman ölkə başçısını qınaq obyektinə çevirib. Bu səbəbdən də məhkəmələrdə islahatların aparılması vacib idi”.
Bu fikirləri Mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, məhkəmə sistemi o qədər bərbaddır ki, Ali Məhkəməni belə bazara çeviriblər:
"Ramiz Rzayevin, ətrafının varlanması hakimiyyətə, ölkə başçısına baha başa gəlir. Mən düşünmürəm ki, Ramiz Rzayev Ali Məhkəmənin sədri ola-ola ölkədə məhkəmə islahatı həyata keçirilsin. Bu, mümkün deyil. Bu cür adamlar illərdir ölkə Prezidentinə zərbə vururlar. Üzdə bir söz deyirlər, amma bütün fəaliyyətləri ilə Prezidenti çətin vəziyyətə qoyurlar. Əllərində kifayət qədər pul var, mafiya yaradıblar, bütün günü ölkə rəhbərinin əleyhinə işləyirlər. Amma bilsinlər ki, mən buna imkan verməyəcəm. Bəzi yoldaşlar mənə zəng edirlər ki, bizim adımızı çəkmə. Mən də onlara açıq deyirəm ki, kim qardaşıma xəyanət edəcək, qarşısında məni görəcək”.
Partiya sədri məhkəmələrdəki problemlərə də toxunub. Onun sözlərinə görə, o qədər biabırçılıqdır ki, məhkəmə prosesi keçirilmədən qərar verən hakimlər var.
"Kimsə kiminsə dostudur, kimsə filan qədər pul verib deyə, məhkəmə qərarları çıxarılır. Bu, biabırçılıqdır. Sual ortaya çıxır ki, bu qurumlara nəzarət etməli orqanlar hara baxır. Ramiz Rzayev istədiyini edir. Nəyə görə nəzarət etməli şəxslər bunlara "dur” demir. Bir nəfərin özbaşınalığına görə Prezident nəyə görə təzyiqlə üzləşməlidir. Bunlar dağıtmalıdır, yeməlidir, amma mənim qardaşım əziyyət çəkməlidir. Xeyr. Buna son veriləcək. Təkcə məhkəmə deyil, bütün sahələrdə belədir. Bu adamlar radikal müxalifətlə bir olub prezidentin əleyhinə işləyirlər. Cəmil Həsənlinin yüksək vəzifədə oturan yerliləri ona pul ötürürlər ki, ölkədə aranın qarışması üçün iş görsünlər. Çünki baş qarışıq olanda bunları işin daha yaxşı gedir. Yenə deyirəm. Əgər bu cür xəyanət davam eləsə, qolumu çirməyib özüm səlahiyyət alıb bunların kökünü kəsəcəm” – deyə partiya sədri fikrini tamamlayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi