03-04-2019 [22:56]
İlk dəfə onu Sumqayıt Dövlət Dram teatrında görmüşdüm. Bu, çoxdan olmuşdu, hələ səksəninci illərdə, bəlkə də, yetmişinci illərin sonları idi, dəqiq bilmirəm. Amma sonuncu dəfə gördüyüm, söhbət etdiyim vaxt dəqiq yadımdadır, düz bir ay bundan qabaq, Sumqayıt dəmiryolu vağzalında...
Mən Bakıya gedirdim, o isə Bakıdan gəlirdi. Söhbətləşməyə beş on dəqiqəmiz vardı. Mehriban görüşdük, bir-birimizin əhvalı ilə maraqlandıq. Heç nədən şikayət etmədi, hətta səhhətindən də... Gülümsəyərək hər şeyin yaxşı olduğunu bildirdi. Həmişəki kimi qayğıkeş və diqqətli idi. Yaradıcılığmla maraqlandı, nə üzərində işlədiyimi soruşdu və sonra "Sözün Sehri” qəzetində mənim "Büllur külqabı” və "Dağlar oğlu” hekayələrimi oxuduğunu, bəyəndiyini dedi və sonda: "Bu hekayələrin motivləri əsasında yaxşı film çəkmək olar” – dedi. Onun kimi istedadlı, ustad rejissorun dilindən bu sözləri eşitmək mənim üçün çox xoş və gözlənilməz olduğundan, nə deyəcəyimi bilmədim, tutulub qaldım. Qatarın fit səsi məni ondan ayrılmağa məcbur edirdi və "Doğurdanmı, siz mənim hekayələrim əsasında filim çəkmək istərdiniz?”, sualını sanki o, gözlərimdən oxudu. Mən arzuladığım, lakin yüksəkdən səsləndirmədiyim sualın cavabını gözləmədən qatara sarı yüyürdüm və vaqona mindiyim zaman geri çevrilib ona baxdım, əlimi yuxarı qaldırıb xudahafizləşdim. O isə mən eşidim deyə bir az yüksəkdən: "Qismət olsun!” – söyləyib çıxışa doğru addımladı.
Bəli, bu mənim onunla sonuncu görüşüm oldu. Bəlkə də, ola bilsin nə vaxtsa, hansısa bir rejissor mənim hekayələrimin motivləri əsasında film çəkəcək. Bu, mümkün ola bilər, təki qismət olsun! Amma səninlə bir də görüşməyimiz, "Qismət” olmayacaq Rövşən Almuradlı! Sənin ölümünlə mən nəinki qayğıkeş dostu, istedadlı rejissoru, həm də arzumu itirdim!
Heyif səndən!..
Allah sənə rəhmət eləsin, Rövşən bəy! Ruhun şad olsun, Dost!
ARİF ƏRŞAD (Yazıçı-tərcüməçi)
Xüsusi olaraq birlik.az saytı üçün
Birlik.az
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR