07-03-2019 [11:33]
Rusiyanın Volqoqrad vilayəti Dumasının hakim "Vahid Rusiya” partiyasından deputatı, azərbaycanlı Həsən Nəbiyev pensiyasının azlığından şikayət edən aztəminatlı şəxsləri "alkaş” və "tüfeyli” adlandırıb. Deputatın bu çıxışı ciddi qalmaqal yaradıb, o cümlədən "Vahid Rusiya” partiyasının rəhbərliyi Nəbiyevin çıxışını pisləyiblər.
Deputat Nəbiyev bu qalmaqallı çıxışını martın 6-da vilayət Dumasının işləməyən pensiyaçıların pensiyalarının hesablanması və ödənilməsi ilə bağlı yeni qaydaları müzakirə etmək üçün çağırdığı təcili iclasda edib. Yeni qanuna əsasən bu cür pensiyaçıların aylıq pensiyalarına təxminən 500 rubl (8 dollara yaxın) əlavənin edilməsi nəzərdə tutulur.
Həsən Nəbiyev uzun müddət "Qazprom transqaz Volqoqrad” MMC şirkətinin rəhbəri olub. 1954-cü ildə Azərbaycanın Gədəbəy rayonunun Zəhmət kəndində anadan olan Nəbiyev 1976-cı ildən indiki "Volqoqradneftmaş” ASC-də işləyib. Mühəndis vəzifəsindən sex rəisi, daha sonra "Volqoqradneftmaş” ASC-nin filialı olan Kotelnikovsk armatur zavodunun direktoru vəzifəsinə qədər yüksəlib. 2004-2016-cı illərdə "Qazprom transqaz Volqoqrad” MMC-nin baş direktoru işləyib. 2003-cü ildən isə vilayət Dumasının deputatıdır.
"Mən sizlərin arasında ən iri rəhbər olmuşam, başçılıq etdiyim müəssisədə 6 minə yaxın adam işləyib. Bizim müəssisədə işləyənlərdən soruşun. Axı onların pensiyası yeddi-səkkiz min rubl deyil. Xeyli yuxarıdır. Ayda 16-17 min rubl pensiya alırlar. Bəzilərinin, hansılar ki, dəzgahlarda işləyiblər, qaynaqçı, çilingər olublar, pensiyası 20 min rublu keçir”-deputat çıxışında bildirib.
Həsən Nəbiyev deyib ki, pensiyası heç 10 min rubla da çatmayan volqoqradlılar ona "alkaşları və tüfeyliləri” xatırladır.
"Onların pensiyası ona görə səkkiz mindir ki, alkaş və tüfeylidirlər. Kimlər ki, normal işləyib, ayda 20-25 min, hətta daha çox alırlar”-deputat israrla deyib.
Həsən Nəbiyev aztəminatlı şəxslərin pensiyalarına əlavələrin edilməsini məqsədəuyğun saymayıb. Bildirib ki, belələri yoxsul olduqlarına görə özləri günahkardır. "Mən hesab edirəm: qoy bu artım 1000 rubl, 500 rubl olsun. Amma aztəminatlı onun özü olub. Özü özünə bu şəraiti yaradıb. Axı o normal adam ola bilərdi”-deputat bildirib.
Hakim partiyanın deputatı, milyonçu (2017-ci ildə rəsmi gəliri 18 milyon rubl olub) Nəbiyevin bu çıxışı dərhal günün mövzusuna çevirib və sosial şəbəkələrdə hiddətə səbəb olub. Deputata dərhal öz gəlirlərini xatırladıblar. "Vahid Rusiya” partiyasının regional şöbəsinin Katibi Sergey Qornyakov deyib: "Bu gün Volqoqrad Dumasının növbədənkənar iclasında deputat Həsən Nəbiyev aztəminatlı şəxslərin maddi vəziyyətlərinə görə özlərinin günahkar olduğunu deməyi rəva bilib.Təbii ki, bu deyilənlər ictimaiyyətin hiddətinə və narazılığına səbəb olub. Qeyd edirəm ki, bunlar sırf Həsən Nəbiyevin mövqeyidir. Partiyamızın fraksiyasının bu məsələ ilə bağlı tutduğu mövqe ilə heç bir əlaqəsi yoxdur”.
Qornyakov deyib ki, deputat ancaq şəxsi informasiyasına əsaslanıb bu cür qəti qənaətə gəlməli deyildi. "Əlbətdə, onun kimi dövlət adamları bu cür populist çıxışlar etməyi özlərinə rəva görməli deyillər. Şübhəsiz ki, cüzi pensiyanı vətən naminə vicdanla işləmiş adamlar alırlar. Ona görə də bu cür adamlar danışmazdan əvvəl yaxşıca düşünməlidir. Partiyanın regional şöbəsi deputat Həsən Nəbiyevin çıxışına görə vətəndaşlardan üzr istəyir”-o bildirib.
"Vahid Rusiya” partiyasının yerli şöbəsinin digər nümayəndələri də Nəbiyevin çıxışını pisləyiblər. Qərara alınıb ki, deputatın çıxışını Dumanın etika komissiyasının xüsusi iclasında müzakirə etsinlər.
"Biz Volqoqrad vilayət dumasında baş vermiş insidenti müzakirə edəcəyik. Bu hiddət doğuran bəyanatı qiymətləndirəcəyik və deputat Həsən Nəbiyevin "Vahid Rusiya” partiyasının sıralarında qalıb-qalmaması məsələsini müzakirə edib qərar çıxaracağıq”- Dumanın təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin rəhbəri, etika Komissiyasının sədr müavini Vasili Piskaryev deyib.
Qeyd edək ki, Azərbaycanda da vaxtaşırı olaraq deputat Hadı Rəcəbli təxminən Həsən Nəbiyev kimi bəyanatlar verir və nəticədə sosial şəbəkələrin, mətbuatın hədəfinə çevrilir.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi