Sahil Babayev tanınmış şairə yüksək vəzifə verdi – Nazir yeni rəis təyin etdi + FOTO

img

07-03-2019 [10:44]


Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev 9 saylı region üzrə (Lənkəran, Astara, Lerik) Dövlət Əmək Müfəttişliyinə yeni rəis təyin edib.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, S.Babayevin müvafiq əmri ilə 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə Etibar Babalı oğlu Vəliyev təyinat alıb.

Qeyd edək ki, E.Vəliyev Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafaçısı, tanınmış şair-publisistdir. 

O, həmçinin 20 ildir 9 saylı region üzrə müfəttiş vəzifəsində çalışıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA