02-03-2019 [17:26]
Bəzi müxalifət təmsilçiləri Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Bakıda təşkil olunmuş yürüşdə onların hüquqlarının pozulması ilə bağlı iddialar səsləndirib.
Mia.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov ONA-nın bununla bağlı sorğusunu cavablandırıb.
M. Seyidov bildirib ki, polis paytaxtda heç bir halda qarşıdurmaya, təxribata imkan verməyəcək: "Fevralın 26-da bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci vitse prezident Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə Bakı şəhərində on minlərə insanın iştirak etdiyi ümumxalq yürüşü keçirilib. Tədbirin təhlükəsizlik şəraitində təşkili və keçirilməsi üçün Bakı şəhər Baş Polis İdarəsi və tabeli orqanlar tərəfindən ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması yüksək səviyyədə təmin olunub.
Şəhidlərimizin ruhunu yad etmək, soyqırım faciəsini bölüşmək məqsədilə əraziyə gəlmiş on minlərlə insan, o cümlədən beynəlxalq təşkilat və xarici dövlətlərin rəsmi nümayəndələri rahat və maneəsiz şəkildə abidəni ziyarət edib, hamı üçün bərabər şərait yaradılıb.
Ümumxalq faciəsi olan soyqırımla bağlı keçirilən tədbirdə belə öz daxili anti-milli hisslərini, millətin faciəsindən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan, özlərini "Milli Şura” adlandırdıqları qurumun, Müsavat partiyası fəallarının və digər müxalif partiya üzvlərindən ibarət bir qrup dəstə Xocalı abidəsinin qarşısına gələrək əvvəlki vərdişlərindən qaynaqlanan meydan eyforiyasına qapılaraq şüuraltı qəbul etdikləri xaos və anarxiya vəziyyətini bərpa etmək, pozuculuq məqsədlərinə nail olmaq üçün təhlükəsizlik tədbirləri ilə bağlı müəyyən olunmuş qaydaları pozmağa çalışıblar.
Ziyarət tədbirinin təhlükəsiz və maneəsiz keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş qaydaların əksinə özlərini xalqdan ayıraraq əsassız tələblər irəli sürməklə qarşıdurma yaratmağa çalışdıqlarına görə polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərin qarşısı alınıb.
Nəticədə də bildirirlər ki, guya polis tərəfindən onların hərəkətinə maneələr yaradılıb, hüquqları pozulub. Bu iddiaların heç bir əsası olmadığını nəzərə alaraq, özünü "Milli Şura” adlandıran qurumda təmsil olunan şəxslər və digərləri bilməlidir ki, polis bundan sonra da paytaxt ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı üçün heç bir halda qarşıdurmaya və təxribata imkan verməyəcək”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi