19-02-2019 [19:19]
Milli Məclisin deputatı Cavanşir Paşazadə Teleqraf.com-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Rusiyada çeçenlərlə azərbaycanlılar arasında yaşanan insident böyük rezonans doğurdu. Əslində nə baş verir?
- Moskvada azərbaycanlılarla çeçenlər arasında müəyyən insident olub. Cənab Prezident İlham Əliyevin nəzarəti altında aidiyyatı strukturlar, Azərbaycanın Rusiyadakı səfiri, Şeyxülislam həzrətləri, Moskvadakı dostlarımız bu məsələnin həll olunması üçün mühüm işlər gördü. Hadisəni törədən azərbaycanlının evində yoxlamalar aparılıb. Yenə də "sapı özümüzdən olan baltalar”ın əməllərinin şahidi olduq. Bu hadisələrin törədilməsində şübhəsiz düşmənin əli var. İki Qafqaz millətini, dini əqidəsi bir olan, min illərlə dostluq ənənəsini yaşadan iki dost xalqın arasını soyutmaq ermənilərin bizimkilərin əli ilə vurduğu zərbələrdən biridir. Təbii ki, bizim insanlar buna getməməlidir. Azərbaycanlıların da, çeçen xalqının da içərisində öz millətinə mənfi təsir göstərməyə çalışan adamlar heç də az deyil. Öz xeyrini güdüb millətinə zərbə endirənlərin vətənpərvərliyə heç bir aidiyyatı yoxdur, onların yeganə məqsədi dövlətçiliyimizə xələl gətirməkdir. Azərbaycanın dövlət başçısının böyük reaksiyası və hadisəyə biganə qalmaması təqdirəlayiqdir. Rusiyada yüz minlərlə azərbaycanlı yaşayır, eləcə də çeçenlər heç də az deyil. Çeçen xalqı həmişə, o cümlədən Qarabağ döyüşlərində bizə dəstək olub. Ulu öndər Heydər Əliyevin tapşırığı ilə Qarabağ hadisələri zamanı çeçenlərin müalicəsi və onlara yardım göstərilməsi həyata keçirilib.
Bu gün də çeçenlərlə ölkəmizdə qardaşcasına yaşayırıq, onlar üçün Azərbaycanda heç bir problem yoxdur. Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov Azərbaycanda olanda məndən xahiş etdi ki, çeçenləri yığın gəlsinlər, görüşək. Çeçenləri dəvət elədik, onlara yemək ikram elədi, bir az onlarla məxfi danışdı, sonra mənim yanımda da söhbəti oldu. Çeçenlər həmin görüşdə bildirdi ki, Çeçenistanda və ya Azərbaycanda olmağımızın heç bir fərqi yoxdur, Azərbaycan xalqı bizə dəstəkdir, hər hansı ayrı-seçkilikdən söhbət gedə bilməz. Bu, belə də olmalıdır. Yaşanan insident artıq öz həllini tapıb, heç bir problem qalmayıb. Belə uydurmalar 3-5 nəfərin deyil, planlaşmış hərəkətlərdir. Biz qafqazlıyıq. Bir-birimizə dəstək oluruq və dəstək də olmalıyıq.
Bu gün İlham Əliyev cənabları yürütdüyü siyasətlə, gördüyü işlərlə hamını özünə heyran qoymağı bacaran liderdir. Onun Azərbaycan daxilində gördüyü işlər, regionda həyata keçirilən nəhəng layihələrdə yaxından iştirak etməsi, günü-gündən artan nüfuzu bir sıra dairələri narahat etməyə başlayıb. Bu məqsədlə "həmvətənlərimiz”dən istifadə edirlər. Özü də bu işi xırda məvacib hesabına həyata keçirirlər. Belə addımları ilə özlərinə ətraf toplaya biləcəyini zənn edənlər yanılırlar. Bu gün Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı olan insanlar, fəal gənclərimiz onların kim olduğunu, hələ ölkədə yaşadığı dövrdə nə işlər gördüklərini çox yaxşı bilirlər. Həmin ünsürlər Azərbaycana qısqanclıqla yanaşan və özünü demokrat adlandıran ölkələrin ocağına benzin tökürlər. Təəssüf ki, bu hərəkətləri də namizərdcəsinə edirlər, ailə, uşaq və digər məsələləri ortaya atırlar. Bu, nakişilikdir. Mübarizə aparan şəxs gərək mərdi-mərdanə aparsın. Təbii, bir gün bu əməllərindən peşiman olacaqlar, amma onda da gec olacaq.
- İnsident baş verən gün belə informasiya yayıldı ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Moskvadakı davaya müdaxilə etdi və nəticədə tərəflər barışıq masasında əyləşdi. Təmaslar hansı formada quruldu?
- Bildiyiniz kimi, Şeyxülislam həzrətləri Qafqazın şeyxidir, Qafqaz Müsəlmanları İdarəsinin Qafqaz xalqlarının yaşadığı hər bir ərazidə təşkilatı var. O idarələr cənab Prezidentin dəstəyi ilə saxlanılır, ayrılan maliyyə vəsaiti hesabına həmin idarələr fəaliyyət göstərir. Ramzan Kadırovun atası, birinci prezident Əhməd Hacı Kadırov Şeyxülislam həzrətləri ilə tələbə yoldaşı olub, onların yaxşı əlaqələri, gedib-gəlişləri olub. Ramzan Kadırov özü Şeyxə "dyadya” – "əmi” deyə müraciət edir. Təbii ki, Şeyx öz nüfuzundan istifadə edərək barışıq üçün təmaslar qurdu.
- Çeçenlərlə azərbaycanlılar arasında yaşanan gərginliyin ermənilərin işi olduğunu vurğuladınız. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesini necə qiymətləndirirsiniz?
- Ermənistanda gedən proseslər, ölkə rəhbərliyində dəyişiklikdən sonra səslənən bəyanatlar göstərdi ki, sülhə qarşıdırlar. İlham Əliyev cənabları beynəlxalq konvensiyalara sadiq qalaraq, Azərbaycan torpalarının sülh yolu ilə qaytarılmasına nail olmağa çalışır. Gücdən asılı olsa, çoxdan torpaqlarımızı müharibə yolu ilə alarıq. Azərbaycan sülhün bərqərar olmasını istəyir. Ermənistanda Paşinyana qədər və ondan sonra aparılan siyasətin sülhlə bağlı olmadığını görürük. Bir dövlətin iqtisadiyyatının inkişafı üçün qonşu ölkələrlə normal münasibətlər qurması önəmlidir. İndi dövr başqadır, ölkələr gərək bir-biri ilə iqtisadi, siyasi və digər sferalarda qarşılıqlı əlaqə saxlayaraq, iqtisadiyyatını, hərbi sənayesini gücləndirsin. Həyat özü Ermənistanı sülhə məcbur edəcək. Çünki iqtisadiyyatı məhv dəcərəsindədir, sənaye, hərbi sahədə inkişaf yoxdur, bir dövlət nə qədər dilənçiliklə yaşaya bilər? Dünya onlara kredit ayırmır, turizm üçün şəraiti yoxdur, bütün sahələrdə qapalı olan bir ölkə kimi dövr özü ona diktə edir ki, belə yaşaya bilməzsən.
- Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərində "İnsan Qardaşlığı Qlobal Forumu” keçirildi, Şeyxlə yanaşı dünyanın nüfuzlu dini rəhbərləri, o cümlədən Roma papası Fransisk də iştirak elədi. Papa ilə hansısa müzakirələr aparıldı?
- Həmin tədbirdə mən də oldum, dünyanın 9 dini rəhbəri həmin foruma qatıldı. Din rəhbərlərinin bir növ hesabat tədbiridir və Şeyxülislam həzrətləri özü də iştirak etdi. Məxfi keçirilən bir tədbirdir və bu barədə mənim danışmağım doğru olmaz.
- İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberlinin bir müddət öncə "Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur” fikirləri geniş müzakirələrə səbəb olmuşdu. Cənub bölgəsini Milli Məclisdə təmsil edən deputat kimi bu fikirlərlə nə dərəcədə razılaşırsınız?
- Bu fikirlərlə tam razı deyiləm. Onlar, görünür, Azərbaycandan daha çox göstərici gözləyirlər. Çünki ölkəmiz sivil, inkişaf etmiş ölkədir. Ola bilsin, onların statistikası ilə müqayisədə azlıq təşkil edir. Lənkəran rayonun həm də dağ kəndləri mənim seçki dairəmə daxildir. Direktor müavinin bu fikirləri absurddur. Məktəblilərimizin geyimlərinə baxanda bilinir ki, valideyni necə əzizləyə-əzizləyə göndərir. Biz ailədə 12 uşaq olmuşuq, 9 bacımın hamısı təhsil alıb. Məktəbə getməmək anlayışı 50 il qabaq da olmayıb, bu gün də yoxdur. Bir bacım əmim oğlu ilə evli idi, Sumqayıtda "kranavşik”, kran işlədən idi. Bəlkə də xanım Haberli bizi istəyərək belə fikirlər deyir ki, qızlarımız daha çox savadlı olsun, yaxud da qonşu ölkələrin təsirini göstərmək niyyətindədir. Lakin biz artıq təsir altına düşən ölkə deyilik. Biz müsəlmanıq, amma sivil ölkəyik, məscidimiz də, kilsəmiz də, universitetlərimiz də, mədəniyyət evlərimiz də, teatrlarımız da var. Bəzən belə fikirlər səslənir ki, cənub bölgəsi müəyyən qədər təsir altındadır, amma bunlar yanlışdır, belə təsir yoxdur. Təbii ki, 20-25 il bundan qabaqkı vəziyyət nəzərdə tutulursa, əslində bu da təsir deyil. Dini təbliğat aydın şəkildə aparılmırdı, məscidlər yox idi. Vaxtilə mollaların moizələri zəif idisə, bu gün Azərbaycanın öz qəbul etdiyi proqramlar var və bunun əsasında da dini və elmi nöqteyi-nəzərindən insanların tələbatı ödənilir.
- Bəzən cəmiyyətdə mollaların savadsızlığı, intellektual səviyyəsinin aşağı olduğuna dair iradlar səslənir. Sizin qənaətiniz necədir?
- Molla kimdir? Molla, yəni çox bilən, öyrədici, mirzə. Rəhmətə gedən yaxınlarımızı ziyarət üçün qəbiristanlığa gedəndə tanımadığın birinə 3-5 manat verirsən ki, yasin oxu. O da çox vaxt oxuya bilmir. Saqqal saxlayıb, başına papaq qoyan hər kəs molla ola bilməz. Mollanı küçədə axtarmazlar. Bunun üçün məscidlər var. Söhbət qanuni məscidlərdən gedir, qanunsuz fəaliyyət göstərən məscidlər də var. Qeydiyyatdan keçən məscidlərdəki insanlar dövlətdən maaş alırlar, savadlıdırlar. Onlara müraciət etmək lazımdır. O insanlarla söhbət edəndə sənə düzgün yol göstərəcəklər.
Digər tərəfdən, artıq bir neçə ildir ki, məscidlərdə moizə kitabları var. Bu kitablarda hər günün moizəsi yer alıb. Kitablarda ulu öndər Heydər Əliyev, bizim gələcəyimiz, vətənpərvərliyimiz, insanlar arasında münasibətlər, ümumilikdə bütün sahələrə aid məsələlərə dair moizələr var. Təzəpir və ya Göy məscidə gedib orada oxunan moizələrə qulaq asın. Orada bizim dövlətçiliyimizdən kənar heç bir şey eşidə bilməzsiniz. Cənab Prezident bu yaxınlarda Şamaxıda oldu. Bir qadın onun əlini öpmək istədi. Prezident onu qoymadı, əyilib özü onun əlindən öpdü. Başqa hansı prezident bunu edər? Başqa prezidentlər qadının əlindən yalnız birinci xanım kimi öpə bilərlər, ana kimi yox. Yəni bizim xəmirimiz belə yoğurulub. Biz beləyik. Bizim öz adətimiz var, ailəyə hörmətimiz var.
- Son zamanlar bir qrup insan sosial şəbəkələrdə qanuni oğruları cəmiyyətdə qəhrəman kimi təqdim etməyə çalışır. "Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin ölümündən sonra bu ənənə daha geniş hal alıb. Bu situasiya ilə bağlı fikirləriniz nədən ibarətdir?
- Əlbəttə ki, bu doğru bir şey deyil. Rövşən Lənkəranski ilə həmkəndliyəm, haradasa qohumluğumuz çatır, hələ atası, babası ilə şəxsi münasibətlərimiz vardı, amma bunun məsələyə aidiyyatı yoxdur. Məsələn, bu gün mətbuatı açanda az qala hər yerdə qarşımıza "Lotu Quli” haqqında xəbərlər çıxır. Lotu Quli olub Brejnev, Reyqan... O nə edib axı? Biz niyə onu gənclərimiz, uşaqlarımız üçün təbliğ edirik? Bu, hansı normaya uyğundur. Mən belə şeylərin təbliğinə doğru baxmıram.
- Sosial şəbəkələrdən istifadə edirsiniz?
- Xeyr. Sosial şəbəkələrdən istifadə etmirəm. Amma demək olar ki, bütün xəbər saytlarını yaxından izləyirəm.
- Bildiyimiz qədərilə sağlam həyat tərzinə üstünlük verirsiniz. Müsahibə üçün vədələşdiyimiz vaxta qədər piyada gəzəcəyinizi söylədiniz. Hər gün bir neçə km piyada gəzirsiniz?
- Ezamiyyətdə olmayanda, xüsusi bir işim yoxdursa, həmin vaxtı idmana sərf etmək istəyirəm. 11-12 kilometr piyada gəzməyə çalışıram. Eləcə də üzgüçülüyə vaxt ayırıram.
- Növbədənkənar parlament seçkilərinin olacağı barədə iddialar var. Növbəti dönəm üçün deputat olmaq niyyətindəsiniz?
- Yeni Azərbaycan Partiyasının əsgəriyəm, desələr evə get, gedərəm, desələr, namizədliyini irəli sür, sürəcəyəm.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi