31-01-2019 [16:17]
Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Mia.az xəbər verir ki, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib:
1. Fondun 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqi;
2. Fondun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təşkil olunan fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi.
Müzakirəyə çıxarılan birinci məsələ barədə geniş məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin 2019-cu il fevral ayının 1-dən martın 28-dək, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsi nəzərdə tutulur.
Hazırda bütün dünyada internet media resurslarının sürətlə inkişaf etdiyini və çap mediasının obyektiv səbəblərdən problemlə üzləşdiyini diqqətə çatdıran Vüqar Səfərli bu baxımdan KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında müəyyən dəyişikliklərin edilməsinə ehtiyac olduğunu vurğulayıb. V.Səfərli bildirib ki, çap mediasının cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə yenidən baxılması günün zəruri tələbinə çevrilib.
İcraçı direktor bildirib ki, müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. V.Səfərli, həmçinin qeyd edib ki, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur.
Sonra Müşahidə Şurasının üzvləri müsabiqə elanına təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bölüşüblər. Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Əvəz Rüstəmov və Rasim Həsənov çap mediasının məzmun və forma baxımından daha da təkmilləşdirilməsi, fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurulması baxımından təklif olunan dəyişiklikləri müsbət dəyərləndiriblər.
Müsabiqə elanı qeyd edilən dəyişikliklərlə birgə səsə qoyularaq yekdilliklə qəbul edilib.
Gündəlikdəki ikinci məsələ barədə məlumat verən V.Səfərli 2019-cu il aprelin 3-də Fondun yaranmasının 10-cu ildönümünün tamam olacağını diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, bu tarixin ölkə mediası və ictimaiyyəti üçün əhəmiyyəti nəzərə alınaraq Novruz bayramı münasibətilə təşkil edilən ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin həm də Fondun yaranmasının 10-cu ildönümünə həsr edilməsi təklif olunur. O, həmçinin müsabiqənin fevralın 1-dən martın 15-dək "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçiriləcəyini vurğulayıb.
Vüqar Səfərli bildirib ki, fərdi jurnalist yazıları müsabiqəsinin elanına təklif olunan birinci dəyişikliyə görə, internet media resurslarında çalışan jurnalistlərin müsabiqəyə təqdim edəcəkləri yazıların qəzetlərdə dərci tələbi aradan qaldırılır. V.Səfərli qeyd edib ki, digər mühüm dəyişikliyə əsasən, şəffaflığın və işçilərin əmək hüquqlarının müdafiəsinin təmini məqsədilə Fondun fərdi jurnalist yazıları müsabiqələrində iştirak edəcək media nümayəndələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemi vasitəsilə elektron əmək müqaviləsi bildirişi təqdim etmələri təklif olunur.
Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən - Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Əvəz Rüstəmov və Rasim Həsənov jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından Fondun təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini xüsusi qeyd ediblər. Müşahidə Şurasının üzvləri təklif olunan dəyişikliklərin jurnalistlərin mənafelərinə uyğun olduğunu, obyektiv reallığı əks etdirdiyini vurğulayıblar.
Gündəlikdəki ikinci məsələ təklif olunan dəyişikliklərlə səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, bu şərtlərə görə, bu günə kimi maliyyələşdirilən həftəlik qəzetlər. eləcə də bəzi gündəlik qəzetlər nəşrini dayandırmaq məcburiyyətində qalacaq.
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı