27-01-2019 [00:07]
Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşündən sonra tezliklə Bakı və İrəvanın Qarabağ münaqişəsi ilə bağlı anlaşma imzalaya biləcəkləri haqqında bəyanatlar verilib.
Rusiyalı politoloq Stanislav Tarasovun fikrincə erməni tərəfi təzyiq altında bir neçə rayonu güzəştə getməyə məcbur olacaq. Və bu iyunda baş verəcək.
"Novosti-Armeniya”yanın verdiyi məlumata görə digər rusiyalı politoloq Modest Kolerov Ermənistanla Azərbaycan arasında anlaşmanın fərqli zamanda baş verəcəyini söyləyib. O, hesab edir ki, anlaşma artıq mart ayında imzalanacaq və razılaşma sənədi çoxdandır ki mövcuddur.
Beynəlxalq Avrasiya hərəkatının lideri, siyasi elmlər doktoru və publisist, həmçinin "Kremlin ideoloqu” adlandırılan Alensandr Duqin Media.az-a müsahibəsində hadisələrin bu cür inkişafının mümkün olduğunu bəyan edib.
"Məsələ bundadır ki, Rusiya ilə Azərbaycanın mövqelərində müəyyən əlaqə və ardıcıllıq var. Rusiya burada passiv müşahidəçi yox, həll prosesinin aktiv iştirakçısıdır. Moskva ilə Bakı arasında əvvəlcə Dağlıq Qarabağ ətrafındakı beş və sonra daha iki rayonun qaytarılması məsələsi ilə bağlı qarşılıqlı anlaşma var. Bu Ermənistanın əvvəlki rəhbərliyi ilə razılaşdırılmışdı”, - A.Duqin söyləyib.
Həmsöhbətin sözlərinə görə, dəyişən yalnız Nikol Paşinyanın mövqeyi olub:
"O, hakimiyyətə böyük ölçüdə antirus, milli, liberal və qərbmeyilli dalğaların üzərində gəlib. Lakin bir siyasətçi kimi Paşinyan anlayır ki, Qarabağ məsələsində əvvəlki Ermənistan hakimiyyəti ilə razılaşdırmaların inkar edilməsi onun özünə mənfi təsir göstərəcəkdir.
A.Duqin hesab edir ki, Nikol Paşinyanın Qarabağ anlaşmaları ilə bağlı artıq bu yazda daha rasional mövqe tutacağını güman etməyə imkan verən bir sıra amillər mövcuddur.
"Moskva və Bakının mövqeləri möhkəmdir və hər hansı bir dəyişikliyi nəzərdə tutmur. Bu zəmində, təkrar edirəm ki, mən ən qısa zamanda beş, və daha sonra iki rayonun Azərbaycana qaytarılması haqqında razılaşmanı istisna etmirəm. Bundan sonra isə yeni mərhələ başlayacaq”, - deyə həmsöhbət fikrini tamamlayıb/oxu.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi