24-01-2019 [15:32]
Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, sadələşdirilmiş vergi ödəyicisi olan şəxslərin dairəsi məhdudlaşdırılıb. Belə ki, işçi sayı qanunla müəyyən edilən həddən (10 nəfərdən) çox olan istehsal fəaliyyətini, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışını, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin, habelə lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) və s. sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.
Qanunla sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri bu ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinin bölgüsünə dair qaydalarına əsasən, işçilərinin orta siyahı sayı 1-10, illik gəliri 200 min manatadək olan sahibkarlar mikrosahibkarlıq subyekti hesab olunacaqlar. Belə sahibkarlıq subyektləri üçün vergi ödənişində ciddi güzəşt nəzərdə tutulur - onların gəlirlərinin 75 faizi vergidən azad olunub. Qaydaya görə, işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan sahibkarlar kiçik sahibkarlıq subyekti hesab ediləcəklər. İşçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3-30 milyon manat olanlar orta, işçi sayı 251-dən, illik gəliri 30 milyon manatdan yuxarı olanlar isə iri sahibkarlıq subyektləri hesab olunacaqlar. Sahibkarların illik gəlirinə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

Sadələşmiş vergi ödəyicisi olmaq hüququnu itirən ödəyicilərdən biri də kütləvi informasiya vasitələridir. KİV-lərin, xüsusilə də yazılı media orqanlarının yeni qaydalarla işləməkdə çətinliklərlə üzləşəcəyi qeyd olunur. Belə ki, buna qədər sadələşmiş verginin ödəyicisi olan qəzetlərin vergi hesabatlığı da sadə qurulmuşdu. İndi isə bu hesabatlıq xeyli mürəkkəbləşib, eyni zamanda qəzetlər üçün çətinliklər yaradan bir sıra məqamlar var. Belə ki, onlar mikrosahibkarlıq subyekti ola bilməyəcəklər. Çünki qəzetlərin böyük əksəriyyətində dövriyyə aşağı olsa da, işçi sayı 10-dan yuxarıdır. Bu isə onların mikrosahibkarlıq subyekti kimi vergi güzəştindən yararlanmasına imkan verməyəcək. Vergiləri tam həcmdə ödəmək isə vergi yükünün dəfələrlə artması deməkdir. Qəzet kağızı idxalının ƏDV-dən azad edilməməsi üzündən ciddi çətinliklər yaşayan yazılı media üçün vergi yükünün də artması onların problemlərinin daha da dərinləşməsi deməkdir. Qəzetlər yeni vergi qaydalarına hazırdırlarmı? Bu qaydalar onlara hansı üstünlük və ya çətinlik yaradır?
Suallara cavab verən "Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi bildirdi ki, yeni vergi sisteminə keçidin onların fəaliyyətinə təsiri ilə bağlı hələlik nəsə demək mümkün deyil: "Hələ ki yeni qaydalarla ilk vergi hesabatının verilməsi müddəti gəlib çatmayıb. Buna görə də hansı sahədə çətinliklərin olacağını söyləmək mümkün deyil”.

"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin dediyinə görə, sadələşmiş sistemlə işləmək qəzetlər üçün daha rahat idi: "İndi yeni vergi qaydaları ilə bağlı mühasibatlığımızla müzakirələr aparmışıq bir neçə dəfə. Amma hələ konkret rəyə gələ bilməmişik. Hesabat dövrü çatanda yəqin ki, hansı sahələrdə çətinliklərimizin olduğunu daha dəqiq deyə biləcəyik”.

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyir ki, yeni vergi qaydaları qəzetlərə ciddi problemlər yaradacaq: "Əvvəl dövriyyənin 4 faizi həcmində vergimizi ödəyirdik, hesabatlarımızı verirdik. İndi həm verginin məbləği artıb, həm də hesabatlıq sistemi mürəkkəbləşib. Xərclərimiz gəlirimizdən çıxılandan sonra yerdə qalan məbləğin 20 faizi həcmində vergi verməliyik. Xərcləri elektron qaimə ilə təsdiqləməliyik. Bu gün çoxsaylı xərclər var ki, onları elektron qaimə ilə təsdiqləmək qeyri-mümkündür, bu sistemin özü oturuşmayıb ölkədə. Qəzet xərclərinin çoxu da məhz elektron qaimə ilə təsdiqlənməyən xərclərdir. Bu, o deməkdir ki, biz xərclərimizin xeyli hissəsini təsdiqləyə bilməyəcəyik və böyük həcmdə vergi ödəməli olacağıq. Bu isə indiki maliyyə durumumuzda bizim üçün çox böyük yükdür”.
Baş redaktor bildirir ki, son vaxtlar qəzet kağızının bahalaşması qəzetlər üçün ciddi problemlər yaradıb: "Qəzet kağızının tonu min dollara yaxına qədər bahalaşıb. Biz gözləyirdik ki, qəzet kağızı idxalını Əlavə Dəyər Vergisindən azad edəcəklər, amma olunmadı. Bu, çap mətbuatı üçün ciddi çətinlik yaradırdı. İndi də vergi yükü artır, bu şəraitdə çap mətbuatının perspektivi heç də yaxşı görünmür”.

"Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanovun sözlərinə görə, yazılı media üçün yeni vergi qaydaları bir neçə istiqamətdə çətinliklər yaradır: "Biz indiyədək kağızı idxalçı firmalardan nağd qaydada xeyli ucuz əldə edə bilirdik. Amma bundan sonra ən böyük xərcimiz olan kağızı alarkən elektron qaimə verməli, hesablaşmanı elektron qaydada həyata keçirməliyik. Bu zaman idxalçı firma qiymətdə heç bir güzəştə getmir, çünki özü də vergi ödəyicisidir. Yəni nağd formada 900 dollara aldığımız kağız qeyri-nağd formada aldıqda 950-960 dollara başa gəlir. Digər tərəfdən, işimizin xarakteri elədir ki, xərclərimizin heç də hamısını rəsmiləşdirə bilmirik. Bu isə ödəyəcəyimiz verginin məbləğinə birbaşa təsir edəcək”.
"Yeni Müsavat”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)