16-01-2019 [23:13]
Qazın qiymətləri üzrə yeni razılaşma Rusiya ilə onun ənənəvi tərəfdaşı Ermənistan arasında münasibətlərin çətin vaxtlardan keçdiyinin siqnalıdır.
Bunu "Moskva-Bakı” portalına müsahibəsində Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin söyləyib. O qeyd edib ki, Rusiya üçün neft və qaz təkcə iqtisadi deyil, həm də geosiyasi amildir. Əgər Rusiya qazı öz tərəfdaşlarına daha ucuz qiymətə satırsa, bu dolayısı yolla həmin dost ölkələrin dəstəklənməsi anlamına gəlir. Bu dostluq müəyyən öhdəliklər sistemini nəzərdə tutur.
"Paşinyanın davranışı qeyri-sabitliyi ilə seçilir. O, Qarabağ probleminin nizama salınması üzrə Ermənistanın keçmiş rəhbərliyinin işğal olunmuş beş rayonun Azərbaycana qaytarılması haqqında vasitəçilərlə, o cümlədən Rusiya ilə birlikdə əldə olunmuş çox ciddi razılaşmalardan imtina etdi. Onları sıfırlayan Paşinyan öz etibarsızlığını nümayiş etdirdi. Həm də Ermənistan baş nazirinin hakimiyyətdə olduğu dövrdə Rusiya ilə münasibətlərdə göstərdiyi bu cür etibarsızlıq halları çoxdur. Paşinyan Ermənistanın tərəfdaşları ilə müxtəlif qarşılıqlı fəaliyyət istiqamətləri üzrə qüvvədə olan razılaşmaların dəyişdirilməsini tələb edib. Ümumilikdə, o, hələ özünü düşmən kimi aparmasa da, artıq dost kimi də davranmır”, - deyə Duqin əlavə edib.
Ekspertin sözlərinə görə, Paşinyanın Rusiya ilə nəyin mümkün, nəyin qeyri-mümkün olacağı ilə bağlı anlaşılmazlığı son həddə çatıb.
"Prezident Putin şantaja dözmür. Rusiya Prezidenti tərəfdaşların öz öhdəliklərinə əməl etdiyi, onların sözü ilə əməlinin uyğun gəldiyi və etibarlı olduğu təqdirdə sakit davranır. Belə olan halda Putin əsl dost ola və böyük güzəştlərə gedə bilər. Lakin tərəfdaşın sözü ilə əməli düz gəlmirsə, yaxud ümumiyyətlə heç bir sözü yoxsa, Putin bir neçə dəfə xəbərdarlıq edə bilər, lakin sonradan sərt tədbirlər görür. Əgər Ermənistanın yeni rəhbərliyi özünün bu cür siyasətini davam etdirsə, bu, sadəcə fəlakətlə nəticələnəcək. Putinlə belə oyunlar keçməz. Hələlik isə, biz əsl həqiqətdə Ermənistanla münasibətlərin pisləşdiyini görürük. Bu, xüsusən Azərbaycanla münasibətlərin yaxşılaşması fonunda baş verir. Azərbaycan hakimiyyəti indiki Ermənistan hökumətinin əksinə olaraq davamlılıq, öz siyasətində ardıcıllıq və sağlam təfəkkür nümunəsi göstərir. Bu gün Azərbaycanın Rusiyanın Cənubi Qafqazda əsas strateji tərəfdaşı və müttəfiqi kimi öz mövqeyini möhkəmlətməsi, həmçinin Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı üzrə bu cür müsbət proseslərin fonunda Paşinyanın Ermənistanın Qərbin himayəsinə keçəcəyi ilə bağlı Putini şantaj etməsi mümkün olan strategiyaların ən yanlışıdır. Paşinyan Rusiya ilə münasibətlərdə, Avrasiya geosiyasətində açıq-aşkar naşıdır. Ola bilər ki, öz mövqeyində düzəlişlər etsin. Mən buna çox ümid edirəm. Lakin hələ ki, bunu görmürəm”, -deyə Duqin bəyan edib.
Duqin qazla yanaşı, Moskvanın başqa təsir vasitələri olduğunu da vurğulayıb...Məsələn, Qarabağ münaqişəsinin nizama salınması. "Putin Ermənistana deyə bilər: "Baxın, biz həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik, Qarabağı hər zaman onun bir hissəsi hesab etmişik. Biz Qarabağ münaqişəsinin müharibə yolu ilə həllinin qəti əleyhinəyik, amma gəlin işğal olunmuş Dağlıq Qarabağın bütün ərazisində Azərbaycanın konstitusion qaydalarını bərpa edək. Əgər Rusiya üçün də özünün Cənubi Qafqazda sülhməramlı missiyasının səmərəliliyinin nümayiş etdirilməsi baxımından vacib olan Dağlıq Qarabağa bitişik olan 5 rayonun könüllü yolla qeyd-şərtsiz qaytarılması üzrə razılaşmaları reallaşdırmaq istəməsəniz, onda gəlin başqa istiqamətdə irəliləyək...Rusiyanın bu tezisi səsləndirməsindən sonra şərait qorxulu istiqamətdə dəyişəcək. Və Rusiyadakı heç bir böyük erməni diasporu Paşinyanın köməyinə çata bilməz”, -deyə ekspert əlavə edib.
Rusiyalı ekspert diqqətə çatdırıb ki, bu gün Azərbaycan "Xalq cəbhəsinin” vaxtında olduğu kimi rusofob, Qərbin təsiri altında özünü itirmiş ölkə deyil. Azərbaycan Respublikası indi Rusiya ilə yaxınlaşan möhkəmlənmiş, sülhpərvər və çox sürətlə inkişaf edən dövlətdir.
A.Duqin Rusiyanın Azərbaycanla daha çox yaxınlaşdığını, ölkələr arasında strateji tərəfdaşlığın gücləndiyini xüsusi vurğulayıb. "Vladimir Putin Prezident İlham Əliyevlə şəxsi əlaqələrini daha da möhkəmləndirir. Biz İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanla münasibətlərdə ciddi yanaşma və məsuliyyət görürük. Putinlə dostluğun sirri təkcə simpatiyada deyil, həm də etibarlılıq və öz hərəkətlərindəki ardıcıllıqdadır. Rusiya İlham Əliyevin sözlərində və əməllərində dostluğun rəhnini görür. Paşinyanın söylədikləri əməllərinə uyğun olmadıqda isə bunun nəticələri avtomatik olaraq Rusiya və Ermənistan münasibətlərinin bütün strukturuna təsir edir. Yəni xalqlar arasında münasibətlərlə siyasəti qarışıq salmaq olmaz. Siyasət xalqlar arasında münasibətlərlə üst-üstə düşdükdə, bunun çox böyük səmərəsi olur. Hazırda biz bunu Azərbaycanla münasibətlərdə müşahidə edirik – xalqlarımız dostluq edir, prezidentlər dostdurlar və bütün bunlar Azərbaycanın Cənubi Qafqazda mövqeyinin güclənməsinə, həmçinin Rusiyanın mövqeyinin möhkəmlənməsinə şərait yaradır”, -deyə ekspert diqqətə çatdırıb.
Duqinin fikrincə, bu gün Ermənistan xoş niyyət nümayiş etdirməli, Qarabağ probleminin həllinə səy göstərməli və Rusiya, Türkiyə, Azərbaycan və İranın, bəlkə də tədricən Gürcüstanın da timsalında formalaşan Avrasiya balansına qoşulmalıdır. Putinin təklifi məhz bundan ibarətdir və bu, prezidentlər Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın Qarabağ nizamlanması üzrə bundan əvvəlki mərhələdə əldə etdikləri razılaşmanın mahiyyətdir.
Ekspert qeyd edib: "Lakin Paşinyan deyir ki, yox-yox-yox, mən bu barədə heç nə bilmirəm, heç bir şey eşitməmişəm, bütün bunların-sizin geosiyasətin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Mənim üçün qazın qiymətini endirin, yoxsa ərazimizdə sizin hərbi bazanız olmayacaq. Lakin bunlar heç bir halda danışılası sözlər deyil.
Hesab edirəm ki, bu məsələdə başlıca məqam Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlidir. Moskva bu məsələdə təkidlidir və iki qədim gözəl xalqın münasibətlərinə dair tarixi məntiqdən çıxış edir. Bu mövqeyin kökündə duran bütün fəaliyyətləri dəstəkləmək lazımdır. Lakin, təəssüf ki, indiyədək müəyyən dərəcədə qorunub saxlanılan status-kvo nəticələrin heç də bəyanatlardan uzağa getmədiyini söyləməyə əsas verir. Jestlər, konkret addımlar lazımdır. Nizamlanma prosesi davam etməlidir və hamı onun nəticələrini görməlidir”.
A.Duqin daha sonra bildirib: "Münaqişənin sülh yolu ilə nizamlanmasına başlamaq üçün Ermənistan 5 rayonu qaytarmalıdır. Sonra daha 2 rayon qaytarılır. Bunu Ermənistanın güzəşti adlandırmaq olmaz. Axı Ermənistan dünyaya açılacaq, beynəlxalq iqtisadi layihələrdə iştirak imkanı əldə edəcək, iqtisadiyyatını dirçəltməyə başlayacaq. Azərbaycan isə Rusiya, İran, Türkiyə və digər regional güclərin nəzarəti altında blokadanı götürür, azərbaycanlıların və ermənilərin qarşılıqlı fəaliyyəti, onların dinc yanaşı yaşaması istiqamətində proseslər başlayır. Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə buna səy göstərməlidirlər. Əsas hədəf – sülhdür. Əgər 2019-cu ildə nizamlanma prosesində hərəkətlənmə olsa, bu, böyük qələbə olacaq. Bunun üçün beynəlxalq şərait də mövcuddur. Rusiya və Azərbaycan buna hazırdırlar. İndi söz Yerevanındır. Lakin Paşinyan, gördüyümüz kimi, Rusiya ilə münasibətləri korlayır. Əgər o, belə davam edərsə, nizamlanma üzrə sülh prosesi baş tutmayacaq”.
Ekspert Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələri ilə görüşündən də bəhs edib: "Mən Azərbaycan ziyalıları ilə görüşdüm. Onlar çox gözəl insanlardır. Pianoçu Fərhad Bədəlbəyli – Qacar şahları sülaləsinin törəməsi, görkəmli Bədəlbəyli nəslinin davamçısı. Münaqişə nəticəsində yaşadıqları iztirablara rəğmən onlar məndə intiqam almaq istəyən inşalar təəssüratı yaratmadılar. Onların bir çoxu münaqişə vaxtı yaxınlarını, hər şeylərini itiriblər, lakin nifrət hissi ilə yaşamırlar. Hətta deməliyəm ki, ən başından onlarda diplomatlara xas olan bəzi keyfiyyətləri gördüm. Onlar sadə insanlar deyillər. Bu ziyalılar öz yurdlarına qayıtmağı ürəkdən arzulayan və bütün azərbaycanlı qaçqınların doğma evlərinə geri dönməsi üçün əllərindən gələni edən Azərbaycan elitasının bir hissəsidirlər.
Mən şahidi oldum ki, Azərbaycan icmasından olan qaçqınlarda ermənilərə qarşı çox düşünülmüş, olduqca ayıq-sayıq və sağlam münasibət var. Onlar iki xalqın yan-yana birlikdə yaşamasının zəruriliyindən danışırlar və başa düşürlər ki, hər iki xalq artıq həddindən çox itkilər verib. Bu gün Dağlıq Qarabağın Azərbaycan icması erməni icmasına əlaqələri bərpa etməyi təklif edir. Axı perspektivdə hər iki xalq münaqişənin dinc yolla həllində maraqlı olanların hamısına sübut etməli olacaq ki, onlar sülh şəraitində dinc yanaşı yaşaya bilərlər”. (AzərTAc)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi