12-01-2019 [16:13]
"2018-ci il ölkəmiz üçün daha çox Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, iqtisadi və siyasi sabitlik ili kimi yadda qaldı. Xarici siyasətimizdə ən böyük uğur kimi Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması və Avropa İttifaqı ilə imzalanan tərəfdaşlığın prioritetləri barədə sazişi qeyd etmək olar. Bunlarla yanaşı, Cənub Qaz Dəhlizinin rəsmi açılışınin olması da beynəlxalq aləmdə Azərbaycanın mövqelərini xeyli gücləndirmiş oldu".
Mia.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev 2018-ci ilin siyasi yekunları haqqında suala cavab verərkən deyib.
Partiya sədri son günlər blogger Mehman Hüseynovun aclıq aksiyası ətrafında yaradılan ajiotaj haqqında da fikirlərini açıqlayıb.
Q. Həsənquliyev deyib ki, Mehman Hüseynovla bağlı məsələyə artıq aydınlıq gətirilib: "Mən bu məsələ ilə maraqlanmışam və ümid edirəm, bu məsələ tezliklə öz həllini tapacaqdır”.
İndiki mərhələdə Azərbaycanda ”5-ci kalon”un fəallaşması haqqında suala cavabında Qüdrət Həsənquliyev deyib ki, ölkəmiz strateji əhəmiyyətli bir coğrafiyada yerləşdiyi üçün böyük dövlətlərin burada maraqları həmişə toqquşub:
"Şükürlər olsun ki, Azərbaycanın böyük dövlətlərin güclərini sınadığı poliqona çevrilməsinə imkan verməməşik. Burada xarici güclərə işləyən "5-ci kalon” həmişə olub. Onları zaman-zaman aktivləşdirməklə Azərbaycan dövlətinə təzyiq edirlər. Yenə də aktivləşdiriliblər. Son vaxtlar Azərbaycanın daha da güclənməsinə yol açan iqtisadi islahatlar və Paşinyanın Ermənistanda hakimiyyətə gəlişi ilə Qarabağın işğaldan azad olunması üçün imkanların yaranması ermənipərəst qüvvələri təşvişə salıb. Onlar rəsmi Bakını qorxudub, bütün təşəbbüslərə son qoyulmasını istəyirlər. Daxildə də heç kimə sirr deyil ki, xarici dövlətlərin ümid verdiyi, yaranacaq siyasi böhrandan istifadə edib, hakimiyyətdə yerini möhkəmlətmək, yaxud hakimiyyətə gəlmək istəyən qüvvələr var.
Avropadan söyüş söyənlərin bir qrupu onlar tərəfindən yönləndirilir. Kimlər hədəf seçilir - Prezident və onun ailəsi, Prezidenti ölkədə sabitliyin təminatçısı kimi görüb, onu qorumaqla Azərbaycanı qoruduqlarını düşünən insanlar. Elçibəy iqtidarında da belə iddialılar var idi. Elçibəy devriləndən sonra aqibətlərinin necə olduğunu hamımız gördük. Əslində, dövlət orqanları da, ictimaiyyət də bir az diqqətli olsa, belələrinin kimliyini dərhal müəyyən edə bilər. Bəzən elə hadisələr baş verir ki, düşünürsən, yəqin söyüşçülər dəstəsi bu fürsəti buraxmaz, amma sonra tam bir sükut müşahidə edirsən. Sanki heç nə baş verməyib. Fikir versəniz, görərsiniz ki, nə həmin yüksək vəzifəli səxslər, nə onların yüksək vəzifələrə təyin etdiyi qohumları və övladları Prezidentin təhqir olunmasına heç bir reaksiya vermirlər. Sanki onların işi sərvət toplamaqdır. Prezidenti müdafiə etmək isə yalnız Əli Həsənova, bir neçə deputata və jurnalistlərə aid məsələdir.
Amma kimsə onları təhqir etməyib, bir balaca fəaliyyətlərinə və ya fəaliyyətsizliklərinə işıq salsa, qulbeçələri həmin adamı dövləti cinayətlərdə ittiham edər, imkanları olsa, quldarlıq dövründə olduğu kimi çarmıxa çəkib yol kənarındakı elektrik dirəklərindən asarlar. Təsadüfi deyil ki, YAP-ın aparıcı şəxslərindən olan Siyavuş Novruzov Milli Məclisin son iclaslarından birində çıxış edərək dedi ki, "biz o səviyyəyə düşmək istəmirik, deyib, yaxanızı kənara çəkdiyiniz bəsdir, mövqeyinizi bildirin”. Amma nə dəyişdi ? Heç nə”.
ATƏT-in hazırkı sədri Miroslav Layçakın Vyanda keçirdi mətbuat konfransı zmanı "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaradılmış imkanlardan istifadə ediləcək” bəyanatını şərh edən Qüdrət Həsənquliyev hesab edir ki, ATƏT-in Qarabağ probleminin həllinə dəstək vermək imkanları sıfıra bərabərdir:
"Ona görə də biz Rusiya ilə daha aktiv formada işləməli və danışıqları Rusiya ilə aparmalıyıq. Rusiya ilə danışıqlar nəticə verməzsə, hərbi yolla torpaqlarımızı azad etməliyik”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi