11-01-2019 [12:33]
Deputat Araz Əlizadə həbsdə olan bloger Mehman Hüseynovu təhqir edərək, onun ünvanına "yaxşı ki anasını da soyundurub fotosunu çəkməyib” ifadəsini işlətməsi sosial şəbəkələrdə və cəmiyyətdə müzakirələrə səbəb olub.
"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna əsasən, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən kobud, təhqiramiz söz və ifadələrə yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyən qərəzli hərəkətlər etməməlidir.
Həmin qanunun 6.3.-cü maddəsində qeyd edilir ki, deputat vətəndaşlarla, o cümlədən seçiciləri ilə münasibətlərində, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır.
Konstitusiyada deputatın mandatdan məhrum edilməsinin əsasları nəzərdə tutulub. Etik davranış qaydalarının kobud pozulması da həmin əsaslar sırasında yer alıb. Belə ki, konstitusiyanın 79-cu maddəsinin 7-ci hissəsinə əsasən, deputat qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda – mandatından məhrum edilə bilər. Vətəndaşın vəfat etmiş anası haqqında təhqiredici ifadələrə yol vermək etika qaydaların kifayət qədər ciddi polulması kimi qiymətləndirilə bilər.
Maraqlıdır, həbsdə olan bloger Mehman Hüseynovu təhqir etdiyinə görə deputat Araz Əlizadənin məsələsinə parlamentin İntizam Komissiyasında baxıla bilərmi?
Milli Məclisin İntizam Komissiyasının üzvü Məlahət İbrahimqızı Modern.az-a bildirib ki, istənilən məsələ ilə bağlı mübarizə ədəb - ərkan, mədəniyyət, əxlaq və etika çərçivəsində olmalıdır: "Mənim düşüncəmə görə, hər bir məsələ ilə bağlı mübarizə kişi kimi aparılmalıdır. Burada kişi cinsiyyət anlayışı kimi nəzərdə tutulmur. Bizdə kişi sözü həm də insanlıq, mərdlik, düzgünlük rəmzi deməkdir. İnsan ən anlaqsız vəziyyətdə olduqda belə, etika qaydalarından kənara çıxmamalıdır. Ədəb, mərifət, etika bizim Azərbaycan xalqının ən böyük dəyərləridir. Allah təala dünyada nə qədər canlı yaradıb. Ancaq insanı onlardan fərqlənidrən iki cəhət var. Biri onun ağlı, digəri isə ədəbidir”.
İntizam Komissiyasının üzvü qeyd edib ki, mətbuatda, iclaslarda, ictimaiyyət içərisində bu cür danışıqlara, davranışlara yol verilməməlidir: "Bizim qadınlarımız, anamız, övladlarımız, nəvələrimiz var. Biz öz ailəmizin yanında etikadan kənar danışa bilərikmi? Xeyr! Hesab edirəm ki, kimsə etikadan kənar danışırsa da mətbuat onu verməməlidir. Əvvəllər belə bir şey var idi ki, kimsə etikadan kənar danışanda onun sözü qara xətt ilə verilirdi. Mətbuat dedikdə təkcə xəbər yazmaq başa düşülmür. Mətbuatın funksiyalarından biri maarifləndirmək və əyləndirməkdir. Mən sizin vasitənizlə də bütün mətbuat nümayəndələrindən xahiş edirəm ki, kimsə elə ifadələr işlədəndə onu verməsinlər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi