01-01-2019 [14:00]
"Mehman Hüseynov qida və su qəbul edir. Onun səhhətində hər hansı problem yoxdur. Hüseynovun vəkilləri ilə mütəmadi görüşləri təqdim olunur. Eyni zamanda qanunvericliyə uyğun olaraq o, telefon danışıqlarından istifadə edir.”
Mia.az xəbər verir ki, bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov yanvarın 1-də "Amerikanın Səsi"nin sorğusunun cavabında bildirib.
Sadıqov blogerin 1 saylı Bakı İstintaq Təcridxanasına (Kürdəxanı təcridxanası) köçürüldüyünü deyib.
Öz növbəsində vəkillər Şəhla Hümbətova və Fuad Ağayev "Amerikanın Səsi"nə Mehman Hüseynovla dekabrın 28-dən sonra görüşlərinin olmadığını bildirib.
"Dekabrın 28-dən sonra bayram günləri başlayıb və bu günədək nə telefon vasitəsi ilə Mehman Hüseynovla əlaqəmiz olub, nə də görüş imkanı olmayıb”, - vəkil Şəhla Hümbətova "Amerikanın Səsi"nə deyib.
Vəkil Fuad Ağayev də "Amerikanın Səsi"nə eyni fikirləri bildirib: "Sonuncu dəfə dekabrın 28-də Mehman Hüsenyovla görüşmüşük. Ondan sonra onunla hər hansı əlaqəm olmayıb. Bu səbəbdən də Hüsenyovun səhhəti və durumu ilə bağlı hər hansı məlumatım yoxdur. Amma Mehman dünən ailəsinə zəng edib, deyib ki, aclığı davam etdirir. Söhbət əsnasında səhhətinin ağırlaşdığını, huşunu itidiyini bildirib. O, ailə üzvlərinə vəziyyətinin ağırlaşdığına görə inneksiya yolu ilə bədəninə dərmanlar yeridildiyini deyib. Hüseynov ailə üzvlərinin tövsiyəsi ilə su içəcəyinə söz verib”.
Hüseynovun atası Rafiq Hüseynov dekabrın 31-də "Amerikanın Səsi"nə bildirib ki, Mehmanın sağlamlıq durumu çox ağırdır, qida və sudan imtina edir.
"Oğluma kömək lazımdır. Onu telefonla danışmaq üçün əllərində gətirmişdilər,” - Rafiq Hüseynov bildirib.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger itthamın yalan və böhtan olduğunu bildirib. Dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.
Öz növbəsində rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini bəyan edir. Hökumət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, heç kimin ifadəsinə, siyasi yönümünə görə həbs edilmədyini bildirir.
Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus kimi tanıyır. Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğu qeyd edilir. "Amnesty İnternational" (Beynəlxalq Əfv) təşkilatı ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi