06-12-2018 [12:56]
Dekabrın 5-də İtaliyanın Milan şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın XİN rəhbəri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ilə görüşü olub.
Üç saatadək davam edən görüşdə tərəflərin bir-birilərinin mövqeyini daha yaxşı anlaması baxımından faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimalla gələn ay davam etdirilməsi barədə razılıq əldə olunub.
Nazirlərin Milan görüşünü AzVision.az-a şərh edən sabiq diplomat, politoloq Fikrət Sadıqov hesab edir ki, görüşün baş tutması müəyyən dərəcədə Azərbaycan tərəfinin uğurudur.
"Bizim bu görüşdən gözləntilərimiz o qədər də ümidedici deyildi. Çünki başa düşürük ki, nazirlər səviyyəsində bir çox iri məsələlər həll olunmur. Amma, digər reallıq odur ki, bu görüşün baş tutması müəyyən dərəcədə bizim uğurumuzdur. Ona görə ki, Ermənistan masa arxasına əyləşmək istəmirdi. Müxtəlif bəhanələr irəli sürürdü. Bildirirdilər ki, separatçılar mütləq danışıqlarda iştirak etməlidir, format dəyişilməlidir və.s. Eyni zamanda onlar Azərbaycana qarşı müxtəlif ittihamlar irəli sürürdülər. Amma bu görüş baş tutdu və 3 saatadək müzakirələr aparıldı. Bu, ona işarədir ki, format indiyə qədər öz qüvvəsini itirməyib. Bununla belə onu da nəzərə almaq lazımdır ki, biz çox qəti düşmənlə üz-üzəyik. Ermənistan Azərbaycana güzəşt etmək fikirində deyil. Azərbaycan olaraq həm diplomatiyada, həm də hərbi-texniki inkişafda erməniləri güzəştə getməyə, ilk növbədə torpaqlarımızı azad etməyə məcbur etməliyik. Biz bu istiqamətdə addımlarımızı davam etdirməliyik”.
Politoloq düşünür ki. görüşlərin intensivliyi müsbət nəticələr əldə olunacağına işarə deyil: "İlk növbədə effektli görüşlər olmalıdır. Bu görüşlər zamanı gündəmdə konkret məsələlər dayanmalıdır. ATƏT-in Minsk qrupunun həmsədrləri də seyirci mövqedə qalmamalıdır. Onlar hansısa konkret təkliflər irəli sürməldiir. Çünki yaxşı başa düşürlər ki, Azərbaycan torpaqları işğal altındadır. BMT Təhlükəsizlik Şurasının qətnamələrini onlar səs verərək qəbul ediblər”.
Sabiq diplomat onu da vurğulayıb ki, danışıqlar münaqişənin yenidən alovlanma ehtimalını heç bir halda sığortalamır: "Bu görüşlərin nəticəli olmasını istəyirlərsə, mütləq Ermənistana təzyiq etməlidirlər. Çünki əks halda bu təzyiqi biz özümüz göstərəcəyik. Diplomatik dillə izah etsək, görüş baş tutub. Amma bu, heç də o demək deyil ki, hansısa bir nəticələr əldə olunub. Hələlik nəticələr yoxdur. Görüş sadəcə olaraq danışıqlar prosesinin növbəti mərhələsidir”.
Yanvar aydına nəzərdə tutulan görüşdən gözləntilərini bölüşən F.Sadıqov əlavə edib: "Ermənistanda parlament seçkilərindən sonra Paşinyanın tərəfdarları parlamentdə çoxluq təşkil etsə və onun mövqeyi daha da möhkəmlənsə, erməni tərəfinin məsələyə münasibəti daha konkret nümayiş olunmalıdır. İkili yanaşmalar - separatçı rejimi danışıqlara cəlt etməyə çalışılması, Azərbaycana qarşı iddialar arxa plana çəkilməlidir. Erməni tərəfi başa düşməlidir ki, real məqsədimiz var və ona gec-tez çatacağıq. Hesab edirəm ki, yanvar ayında yeni bir görüş baş tutarsa, bu məsələlər gündəmə gətirilməldir. Azərbaycanın torpaqlarının azad olunması ilə bağlı konkret gündəlik olmaldır. Erməni tərəfi bəzi hallarda müxtəlif bəyanatlar verir ki, Azərvbaycan tərəfi kompromisə hazır deyil. Güzəştli mövqe nümayiş etdirmir. Amma yaddan çıxarılır ki, Azərbaycan torpaqları işğal altındadır. Məsələyə yanaşma dəyişilməsə, görüşlərin intensivli heç bir nəticə verməyəcək”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi