29-11-2018 [15:39]
"Azərbaycan və Türkiyə arasındakı iş birliyi, nə qonşu, nə də başqa ölkələri təhdid edir. Biz sülh və qarşılıqlı inkişaf naminə bütün dövlətlərlə əməkdaşlığa açığıq”.
Bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib. O, bildirib ki, Ermənistan hakimiyyəti işğalçı siyasəti və Türkiyəyə qarşı əsassız iddiaları ilə öz xalqını təhdid edir: "Əgər Ermənistan sülh, Azərbaycan və Türkiyənin birlikdə etdiyi milli və beynəlxalq layihələrə qatılmaq istəyirsə, buyursun, işğal etdiyi topraqlardan çəkilsin. Sülhün tələb etdiyi şərtləri və hüququn tələblərini yerinə yetirsin. Biz Ermənistanı sülhə və barışa dəvət edirik”.
Ə. Həsənov xatırladıb ki, Heydər Əliyev Azərbaycanın Xəzər dənizindəki təbii qaz və neft yataqlarının istismarı zamanı Türkiyəni "iki dövlət bir millət” prinsipiylə hərəkət edərək layihələrdən kənar qoymadı: "Sözügedən layihələrin Bakı-Tiflis-Ceyhan boru xətti üzərindən dünyaya açıldığını bəyan etdi. Heydər Əliyev Türkiyənin bundan faydalanması üçün böyük mübarizə apardı. Biz istəyirik ki, bizi hər zaman dəstəkləyən, çətin günlərimizdə yanımızda olan Türkiyə olsun. Ona görə də Türkiyə ilə böyük proyektləri bir millətin iki dövləti kimi edirik. Star rafineri, Petkim də, həmçinin bundan sonra həyata keçiriləcək layihələrdə Azərbaycanın mövcud zənginliyindən Türk xalqının faydalanmasını istəyirik. Türkiyədə iş yerləri açıb rifah gətirmək istəyirik. Çünki biz eyni şeyləri Türkiyədən də görürük. Türkiyə hər zaman Azərbaycanın yanındadır”.
Azərbaycan və Türkiyə arasında ticarət-iqtisadiyyat əlaqələrinə də toxunan Həsənov bildirib ki, hazırki mövcud potensial yetərli deyil: "Dövlətlərimizin milli vəzifəsi var. Xalqlarımızın təhlükəsizliyini təmin etmək və yüksək inkişaf yolunda işləmələrinə davam etdirmək”.
Ə. Həsənov həmçinin Türkiyənin Suriyada yaşanan insanlıq dramına səssiz qalmadığını da ifadə edib: "Türkiyə həmin insanlara kömək etdi. Fələstində yaşanan hadisələrə Türkiyə və Azərbaycan olaraq yardım edirik. Birlikdə həyata keçirdiyimiz layihələr də milli vəzifəmizin bir hissəsidir. Çünki bu işlər bütün insanların rifahı üçündür.
Dünyada baş verən böhranlara səssiz qalmayacağıq. Sivil dünyanın bir parçası və iştirakçısı olaraq Türkiyə və Azərbaycan böhranları yaradan səbəblərin aradan qalxması üçün çalışır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi