28-11-2018 [15:09]
Bəzi KİV-lər bir neçə gündür "Azərbaycan Dəmir Yolları”QSC-nin keçmiş rəisi, sonralar nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun məhkəmə prosesindən yazır. Həmin yazılarda R.Hüseynovun 4 milyon 300 min manat məbləğində dələduzluqda ittiham olunduğu bildirilir. Məlumata görə, noyabrın 22-də keçirilən sonuncu məhkəmə iclasında ev dustaqlığında olan R.Hüseynov məhkəməyə gəlməyib və qaçıb gizlənib. Buna görə də məhkəmə onun barəsində axtarışa verilməklə həbs qətimkan tədbiri seçib. Qərar icra olunması üçün Daxili İşlər Nazirliyinə göndərilib.
Elnar Əsgərov deyib ki, Rahib Hüseynovun itməsinə görə anası Lətifə Hüseynova və atası İsmayıl Hüseynov onu günahlandırıb:
"Rahib Hüseynov noyabrın 22-də keçirilən sonuncu məhkəmə prosesində iştirak etməliydi. Çox güman ki, o, həmin məhkəmə zamanı həbs olunacağını bilib və prosesə gəlməkdən yayınıb. Bundan sonra isə qaçıb gizlənib. Rahib Hüseynovun harada olmasını anası da bilir, atası da. Həmçinin, bizə yenidən ləkə yaxmaq üçün bu addımı atıblar. Bu insanlar müsahibələrində bizim ailəmizə şər atırlar. Mən istintaqla əməkdaşlıq edərək, bildiyim hər şey barədə məlumat vermişəm. Ondan istintaqa mənim barəmdə verdiyi izahatın sübutunu tələb etmişəm. Heç bir halda isə Rahib Hüseynov yazdığı izahatın sübutunu verə bilməyib. Bu insanlar təkcə bizə deyil, başqalarına da ləkə yaxıb, şər atıblar. Onlar elə bilirlər ki, şər-böhtan atmaqla bu iş həll olunacaq. Rahibin ata və anası bildirir ki, övladlarının heç bir günahı yoxdur. Mən sizi əmin edirəm ki, istintaq ərəfəsində 10-15 nəfərin Rahib Hüseynov və Emil Hüseynov qardaşları barəsindəki ifadəsini görsəniz, onların nə qədər yalan danışdığını bilərsiniz. Onların insanları aldadaraq əldə etdikləri vəsaitlərə görə bir neçə şəxs xəstəlik tapıb, tamamilə həyatları alt-üst olub. Hətta onlar mənim anamı belə, ittiham edirlər. Halbuki, mənim anam onlara analıq edib. Məndə İsmayıl Hüseynovun öz əlyazısı ilə anama yazdığı məktub var. Həmin məktubda İsmayıl Hüseynov yazıb ki, "sizə qarşı belə hərəkətlər etdiyimizə görə bizi bağışlayın”. Ancaq indi isə bu insanların hansı mövqedən çıxış etdiyini bilmək olmur. Həmin o 4 - 5 sətirdən ibarət olan məktubu göstərə də bilərəm”.
"Bu iki il ərzində yetəri qədər suallar olub və onlara cavab da tapılıb. İstintaq tam şəffaf şəkildə həyata keçirilib. Bütün detallar tam şəkildə araşdırılıb. Mənim müsahibə verməyimdə əsas məqsəd isə ondan ibarətdir ki, insanlar bu işə birtərəfli qaydada baxmasınlar. Oxuculara bildirmək istəyirəm ki, bizim haqqımızda səsləndirilən fikirlərin hamısı ləkədir, şərdir. Bu, bir oyundur. Mənim əsas məqsədim, ailəmin adının bu işdə hallanmamasıdır. Rahib Hüseynova hansı maddə ilə hökm oxunacaq, neçə il iş veriləcək, bu artıq məhkəmənin qərarından asılı olacaq. Bunun mənə aidiyyatı yoxdur və maraqlandırmır da. Mən bir daha bütün şəxslərdən xahiş edərdim ki, bu işə birtərəfli qaydada baxmasınlar. Çünki bu insanları tanıyanlar da bilir ki, onlar yalan danışırlar. Bizə qarşı səsləndirilən fikirlərin hamısı şər və ləkədir”.
Qeyd edək ki, Rahib Hüseynov eyni maddə ilə təqsirləndirilərək, 9 il müddətinə azadlıqdan məhrum edilən Emil Hüseynovun qardaşıdır. İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq, dələduzluq yolu ilə mənimsəyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi