23-11-2018 [15:19]
Qarabağ Komitəsi bu gün toplaşaraq 24 noyabrda keçirilməsi planlaşdırılan mitinqə münasibət bildirib və mitinq haqqında bəyanat qəbul edib.
Mia.az-a daxil olan bəyanatda deyilir:
"Qarabağ Komitəsi 24 noyabr 2018-ci il tarixində Bakı şəhərində "Erməni işğalına son!”, "Qarabağa Azadlıq!” şüarları ilə mtinq keçirmək barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş sərbəst toplaşma hüququnu kobud şəkildə pozaraq tamamilə qanunsuz və əsassız olaraq həmin mitinqin keçrilməsinə qadağa qoymuşdur. Qanunvericiliyə müvafiq olaraq Komitə Bakı şəhər İcra Hakimiyyətinin həmin qərarından məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi "Sərbəst toplaşma azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən bu şikayətə 2 gün ərzində baxmalı olduğu halda, baxışı 7 dekabr 2018-ci il tarixinə təyin edib. Bundan sonra təşkilatçılar hüquqi müstəvidə qalmış imkandan istifadə edərək ərizə yazıb xahiş etmişlər ki, məhkəmə öz qərarını ləğv etsin, baxış 24 noyabra qədər keçirilsin və Bakı şəhər İcra Hakimiyyətinin mitinqi qadağan edən qərarını ləğv edərək mitinqin keçirilməsinə icazə qərarı çıxarsın. Lakin mitinqin keçirilməsi üçün müəyyən edilmiş tarixə qədər məhkəmə bu ərizəyə də baxmamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Konstitusiyası və qanunlarının müddəalarını, Azərbaycan vətəndaşının hüquq və azadlıqlarını pozaraq 24 noyabrda mitinq keçirilməsinə qadağa barədə Bakı şəhər İcra Hakimiyyətinin qərarının de-fakto qüvvədə olması situasiyası yaratmışdır.
Qarabağ Komitəsi işğalcı Ermənistan hakimiyətinin davakar bəyanatları və meydanoxumalarının gücləndiyi, işğal olunmuş torpaqlarımızın düşmən tərəfindən məskunlaşmasının sürətlindiyi, bir sıra beynəlxalq təşkilatların və dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan hərəkətlərinin artdığı, qondarma işğal rejiminin sözdə nümayəndələrinin rəsmi vizalarla dünya paytaxtlarında qəbul olunduğu haqqında xəbərlərin gəldiyi və Azərbaycan hakimiyyətinin bunlara qarşı təsirli addımlarının müşahidə olunmadığı bir məqamda 2-ci Qarabağ mitinqinə münasibətdə tutulan bu antimilli mövqeyə qətiyyətlə etiraz edir, pisləyir və lənətləyir.
Qarabağ Komitəsi Bakı şəhər İcra Hakimiyyəti və 1 saylı İnzibati-İqtisadi məhkəməsinin qərarları nəticəsində yaranmış hüquqi vəziyyəti, həmçinin iqtidardakı bəzi dairələrin kütləvi repressiya və təxribat planları, hakimiyyətdaxili qrupların xalqın haqlı etirazlarından öz maraqları üçün istifadə etmə cəhdi və hazırlıqları barədə məlumatları, region və ölkədəki hərbi siyasi situasiyanı müzakirə edərək və dəyərləndirərək, habelə Komitənin mövcud durumda razılaşdırılmamış kütləvi aksiyalar keçirmənin məqsədəuyğun olmadığı barədə qərarı olduğunu nəzərə alaraq 24 noyabra təyin edilmiş mitinqi təxirə salmaq haqqında qərar qəbul etmişdir. 2-ci Qarabağ mitinqinin yeni tarixi haqqında məlumat yaxın müddətdə ictimaiyyətin diqqətinə çatdırılacaqdır.”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi