15-11-2018 [19:14]
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyanın Fransaya qanunsuz səfəri ilə bağlı bəyanat verib.
Mia.az-a daxil olan bəyanatda deyilir:
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması olaraq, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfərini kəskin şəkildə pisləyir və hiddətimizi ifadə edirik.
ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransanın öhdəliklərinə zidd olmasına baxmayaraq, bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülmür. Fransa hökumətinin dəfələrlə təkrarlanan bu kimi qeyri-qanuni əməllərə passiv seyrçi münasibəti və təsirli addımlar atmaması qəbuledilməz haldır.
Fransa Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrdən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinə xüsusi rəğbət göstərir. Həmçinin, Fransa hökuməti Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının etnik təmizləməyə məruz qaldığını və fundamental hüquqlarının kobud şəkildə pozulduğunu çox yaxşı bildiyi halda, bu kimi birtərəfli və separatizm xarakterli addımların həyata keçirilməsinə göz yumur, insan hüquqlarının ayrılmazlığı və bərabərhüquqluluq prinsiplərini pozur. Bu mənada Fransa müxtəlif təəssübkeşlik hissləri ilə ayri-seçkiliyə əsaslanan siyasət yürüdür.
Azərbaycan vətəndaşları Fransa səfirliyindən viza almaqda çətinlik çəkdikləri və bürokratik süründürməçiliklə üzləşdikləri halda, müharibə cinayətkarı olan B.Saakyan saxta sənədlərlə Şenqen viza tələblərini kobud şəkildə pozaraq Fransa ərazisinə daxil olur. Bu qanunsuz səfərin həyata keçirilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneə olmaqla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət edir.
Nəhayət, Fransa tərəfi başa düşməlidir ki, bu kimi qərəzli və qeyri-obyektiv əməllər Dağlıq Qarabağın Azərbaycanlı İcması və bütövlükdə Azərbaycan ictimai rəyində Fransanın nüfuzuna ciddi xələl yetirir. Əgər Fransa münaqişənin həllinə həqiqətən töhfə vermək niyyətindədirsə, onda ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi qərəzsizliyini təmin etməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasına çalışmalı və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarını birlikdə Parisə dəvət etməli və bu iki icma arasında bərabərhüquqlu əsasda etnik barışığı və dialoqu dəstəkləməlidir.
Fransa tərəfi də bilməlidir ki, etnik təmizləmə siyasətinə məruz qalmış və doğma torpaqlarından qovulmuş azərbaycanlıların yalnız öz doğma ərazilərinə qayıtması halında regionda dayanıqlı və ədalətli sülhün təmin olunması mümkün ola bilər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi