Dəmir barmaqlıqları kəsərək, evi soyublar - Bakıda

img

05-11-2018 [11:37]


Bakıda mənzildən külli miqdarda oğurluq edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB” yaşayış massivi, ev 8, mənzil 19-da yaşayan Şirinov Samir Ələkbər oğlu Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt naməlum şəxslər onun mənzilinin dəmir barmaqlıqlarını kəsərək evə daxil olub və oradan 20 min manatlıq qızıl-zinət əşyaları, 6800 dollar, 50 avro və 4500 manat oğurlayıblar.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA