01-11-2018 [15:01]
Son illər Azərbaycanda bəzi siyasi partiya rəhərlərinin sədrlik postundan istefa vermələrinə şahidlik etmişik. Onlar əvəzləyən şəxslər isə bəzən partiyanın əvvəlki nüfuzunu qoruyub saxlaya bilməyiblər.
Mətbuata açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da gələcəkdə sədrlikdən gedəcəyini deyib. Maraqlıdır, "Ana Vətən”də Fəzail Ağamalını əzələyəcək şəxs partiyanı batırmayacaq ki?...
Amma Fəzail Ağamalı Modern.az-a açıqlamasında partiya sədrliyindən belə tez getmək fikrinin olmadığını deyib:
"Mən yaxın vatlarda partiya sədrliyindən gedəcəyimi deməmişəm. Partiya sədrliyindən getməyim qurultayın işindən asılıdır. Mən demişəm gələcəkdə partiya sədrliyindən gedəcəyəm. Qurultay da 2020-ci ildə çağırılacaq. Mən indi durub deyim ki, istefa verirəm, adama deməzlər xeyir ola, nə baş verir? Sağlamlığım yaxşı, fəaliyyətim göz önündə, nəyə görə istefa verməliyəm? Partiyada işlər normal gedir. Ona görə hesab edirəm ki, məsələnin bu yöndə qoymaq doğru deyil. Mən yaxın vaxtlarda partiya sədrliyindən getmək fikrim yoxdur. Hələlik partiyada rəhbər kimi fəaliyyətimi davam etdirirəm. Hesab edirəm ki, sədr kimi işimin öhtəsindən gələ bilirəm. Amma mən vaxtında və zamanında partiya sədrliyindən gedəcəm”.
Fəzail Ağamalı hesab edir ki, Ana Vətən Partiyasında onu idarə edəcək yetərincə perspektivli insanlar var:
"Ana Vətən Partiyasında yetərincə perspektivli insanlar var. Bunların içərisində gənclər xüsusi yer tutur. Hesab edirəm ki, məndən sonra gələn yeni nəsil partiyanı idarə edəcək iqtidarındadır. Amma bütün bunları həll edən isə qurultaydır. Qurultayda partiya sədrliyinə müxtəlif namizədlər olur və həmin namizədlərin içərisində ən layiqlisi seçilir. Partiya sədrinin kim olması qurultayın səlahiyyətindədir. Hələlik bu məsələ yaxın zamanlarda gözlənilmir”.
F.Ağamalı Ana Vətən Partiyasının (AVP) hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşdirilməsi məsələsinin vaxtilə həmkarı Zahid Oruc tərəfindən ortaya atıldığını xatırladıb: "O zaman AVP-nın YAP-a birləşdirilməsi məsələsini mətbuata açıqlamasında Zahid Oruc demişdi. Jurnalistlər mənə bu yöndə suallar verəndə deyirəm ki, hal-hazırda bunun üçün zərurət yoxdur. Əgər gələcəkdə ehtiyac yaranarsa, bu məsələ aktuallığını ortaya qoyarsa, biz müzakirə edə bilərik. Bu gün isə AVP-nın YAP-a birləşməsi gündəlikdə deyil və bu məsələ hazırda ən müxtəlif səviyyələrdə belə müzakirə olunmur. Gələcəkdə siyasi proseslərdə hər şeyin baş verməsi mümkündür. Təbii ki, istisna etmək mümkün deyil və etmək də olmaz. Əgər gələcəkdə siyasi proseslər belə bir zərurəti ortalığa qoyarsa, təbii ki, AVP YAP ilə eyni ad altında fəaliyyət göstəmək üçün müsbət razılığa gələ bilər. Bir daha təkrar edirəm ki, bu, gələcəkdən və baş verə biləcək siyasi proseslərdən aslıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi