Rusiyada FTX binasında partlayış oldu - Xəsarət alanların sayı artıb

img

31-10-2018 [12:30]


 Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) Arxangelsk vilayət idarəsinin binasına girişdə baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Arxangelsk vilayətinin qubernatoru İqor Orlov bildirib.

"Hələlik naməlum olan partlayıcı qurğu işə düşüb. Üç yaralı xəstəxanadadır. Bir nəfər ölüb, onun şəxsiyyəti müəyyənləşdirilir. Cinayət binanın içərisində baş verib", - qubernator vurğulayıb.

O, hazırda hadisəyə qiymət verməyin erkən olduğunu bildirib: "İnsanların sıx toplaşdıqları yerlərdə təhlükəsizlik tədbirləri görülüb. Hazırda partlayıcı qurğunun növü müəyyənləşdirilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA