24-10-2018 [16:50]
"Paytaxtın Bakıdan başqa bir yerə köçürülməsinə və ya yeni paytaxt şəhərinin salınmasına heç bir ehtiyac yoxdur. Bakıya axının qarşısının alınması üçün bu, məqbul variant sayıla bilməz və köçürülmə yönündə fikirlərlə razı deyiləm. Pulumuzu, vəsaitimizi iqtisadiyyatın, qeyri-neft sektorunun, sənayenin inkişafına yönəltsək, daha yaxşı olar.
Eyni zamanda, bu gün ölkə iqtisadiyyatı, büdcə neftin üzərində oturub, ondan asılı vəziyyətdədir və bu baxımdan, büdcənin, iqtisadiyyatın neftdən asılılığını qurtarmaq lazımdır”.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev deyib: "Bildiyiniz kimi, bir neçə il öncə dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi ilə bağlı Azərbaycan iqtisadiyyatında da bəzi problemlər yarandı, xüsusilə, bank sektorunda böyük çöküş əmələ gəldi, iki dəfə sarsıdıcı devalvasiya baş verdi. Bu zaman hökumət büdcənin, iqtisadiyyatın neftdən asılılığını azaltmaq üçün bir sıra addımlara getdi və bunun müsbət nəticələri də görünməyə başladı, qeyri-neft sektorunda canlanma oldu” -deyən millət vəkilinin sözlərinə görə, amma neftin qiyməti qalxan kimi, yenə hər şey unudulmağa başladı: "Bu, düzgün deyil. Qeyri-neft sektorunun, sənayenin, aqrar sahənin inkişafına daha ciddi diqqət yetirmək lazımdır”.
Bakıya axına gəlincə, millət vəkili deyib ki, çox təəssüflər olsun ki, burada da vəziyyət ürəkaçan deyil, hər kəs regionlardan Bakıya üz tutmağa həvəs göstərir: "Hətta, bölgələrdə, iş, biznes qurub az-çox uğur qazanan, belə deyək, 30-40 min manat və ya dollar həcmində vəsait əldə edən iş adamlarımız da Bakıya üz tuturlar. Burada işlərini, bizneslərini davam etdirməyə çalışırlar. Açıq etiraf etmək lazımdır ki, bölgələrlə müqayisədə də Bakıda qanunlara, qanun aliliyinə daha çox riayət olunur, burada hüquqları qorumaq nisbətən daha asandır. Eyni zamanda, bütün strukturlar, nazirliklər, hökumət, Prezident Administrasiyası, media burada cəmləşib. Səfirliklər, diplomatik nümayəndəliklərin hamısı paytaxtdadır.
Odur ki, nəticədə bölgələrimiz boşalır, insanlarımız, az-çox uğur əldə edən iş adamlarımız Bakıya axışır. Həm də açıq şəkildə etiraf etmək lazımdır ki, bölgələrdə məmur özbaşınalığı yaşanır, hamısına aid etmək düzgün olmazdı, amma bölgələrimizin bir çoxunda icra qurumları, icra başçıları insanlarla yaxşı davranmırlar. İnsanlar da hüquqlarını qorumaq, yaşayışlarını daha yaxşı təmin etmək üçün Bakıya axın etmək məcburiyyətində qalırlar”.
Deputat qeyd edib ki, ona görə də məmurlarla, icra başçıları ilə bağlı ciddi ölçülər götürülməlidir. İcra başçılarının, icra hakimiyyətlərinin səlahiyyətlərinin 90 faizi onların əllərindən alınmalı, bələdiyyələrə verilməlidir: "Bələdiyyələrin həm səlahiyyətləri, həm də məsuliyyətləri artırılmalıdır. Həmçinin, insanların bölgələrə üz tutması, Bakıya axının önlənməsi üçün ciddi iqtisadi və hüquqi islahatlar aparılmalıdır, qanunların işləkliyinə nail olunmalıdır, vergi sahəsində çox böyük dəyişikliklər, güzəştlər nəzərdə tutulmalıdır, stimullaşdırcı addımlar atılmalıdır. Artıq dövlət hər şeyi öz üzərinə götürməməli, hər şeyi özündə cəmləşdirməməlidir. Dövlət bizneslə məşğul ola bilməz və olmamalıdır. Dövlət biznes qurumu deyil”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi