24-10-2018 [15:26]
"Nə qədər ki, beynəlxalq təşkilatlara yaltaqlanacağıqsa, Fransa kimi ermənipərəst ölkələrə sərmayə qoyacağıqsa, onlar da bizim maraqlarımıza zidd siyasət aparacaqlar”.
Bu fikirləri Mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, Fransa nümayəndə heyətinin Qarabağa qanunsuz səfəri heç bir halda qəbul edilə bilməz:
"Həmsədr dövlətlərdən biri olan Fransanın bu addımı Azərbaycana təhqirdir. Bu səfərlərin Dağlıq Qarabağdakı qondarma rejimin tanınması anlamına gəlir. Bizim dişsiz siyasətimizin nəticəsidir ki, artıq bir sıra dövlət nümayəndələri Qarabağa qanunsuz səfərlər edirlər. Kəlbəcərdə, Şuşada istirahət edənlər də var. Amma biz hələ də susuruq. Bu cür səfərlərlə bizim reaksiyamızı yoxlayırlar ki, görək bunların münasibəti necə olacaq.
Vətən, torpaq, dövlət təhlükədədir. Amma bizim çoxumuzun başı rüşvətə, korrupsiyaya qarışıb. Maliyyə Nəzarət Palatasını rəhbəri Rüfət Aslanlının nələrə sahib olduğu indi ortaya çıxır. Halbuki mən bir neçə il öncədən bu barədə xəbərdarlıqlar etmişdim. O zaman mənim üstümə gəlirdilər ki, onunla nə işin var. Axırda kimin kim olduğu bəlli oldu. Yaxşı, biz bu qədər işlər görürük, Fransaya sərmayələr qoyuruq, bunun qarşılığı bumu olmalıdır? Məmurlar ancaq öz bizneslərini inkişaf etdirirlər, Qarabağ yada düşmür”.
Partiya sədri deyib ki, Fransa səfirinin XİN-ə çağırılaraq xəbərdarlıq edilməsi ilə iş bitmir:
"Qarabağ bizim ərazimizdir, ora heç kim icazəsiz səfər edə bilməz. Bizim xəbərimiz olmadan Qarabağa hansısa xarici dövlətin nümayəndəsi gedirsə, dərhal məhv edilməlidir. Onları təyyarələri gəlib bizim ərazilərimizə düşür, biz sadəcə, olaraq, müşahidə edirik. Bu dişsiz siyasətə son qoymaq lazımdır. Heç bir dövlət bizə Qarabağı qaytarmayacaq.
Ona görə də nəyi gözləyirik, bilmirəm. Torpaqlarımızın 20 faizi işğal altındadır, bir milyon köçkünümüz var. Minlərlə şəhidimiz var. Bu gün şəhid ailələrinə oln münasibət ortadadır. Səlim Müslümov pulu yedi, arxivi də yandırıb getdi. İndiki nazir də pulu başqa şeylərə xərcləyir. Şəhid ailələri də qalıb Prezident Aparatı ilə Milli Məclisin aralığında. Bu münasibət olan yerdə Qarabağa nə cür yanaşacaqlar? Bütün bunlar biabırçılıqdır”.
H.Hacıyev daha sərt qərarların verilməsinin zamanı gəldiyini açıqlayıb. O bildirib ki, Qarabağın azad olunması üçün müharibəyə başlamalıyıq.
"Milyardlar xərcləyim silah almışıq, ondan istifadənin zamanıdır. Muzeydə saxlayası deyilk. Bu, bizim hüquqqumuzdur. Öncə gəlin, daxildə həmrəyliyi təmi edək. Hamımız Prezidentin ətrafında birləşək, xəyanətkarları komandadan uzaqlaşdıraq. Sonra da müharibə edib torpaqlarımızı işğaldan azad edək”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi