23-10-2018 [10:16]
Japan Tobacco International (JTI) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib.
Təşkilatdan Strateq.az-a verilən məlumata görə, sayca onuncu yubiley layihə Tovuz rayonunun Məşədilər kəndində Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Tovuz Rayon İcra Hakimiyyəti ilə birlikdə gerçəkləşdirilib.
Açılış mərasimində çıxış edən Tovuz rayon icra hakimiyyəti başçısının müavini Niftalı Qasımov layihənin icrasında maliyyə dəstəyi göstərilməsinə, xüsusilə də belə bir layihənin sərhədyanı Tovuz rayonunda icra edilməsinə görə JTI şirkətinə öz minnətdarlığını bildirdi. Milli QHT Forumunun Şəmkir Regional Mərkəzinin rəhbəri Fuad Bədəlov və layihə əlaqələndiricisi Günel İbrahim layihə haqqında məlumat verərək, kənd sakinlərini təmiz içməli su təminatı münasibətilə təbrik etdilər.
JTI şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin meneceri Əli Verdiyev layihənin uğurla icra edildiyini qeyd edərək, belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını, buna görə də şirkət üçün prioritet olduğunu bildirdi. O qeyd etdi ki, JTI şirkəti təmiz içməli suya ehtiyacı olan digər ərazilərdə də belə layihələrin icrasına davam edəcək.
Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verildi.

İçməli su layihəsi MQF tərəfindən icra edilib və Məşədilər və ətraf kəndlərdə 7000-ə yaxın insanı təmiz su ilə davamlı təmin edəcək. Təxminən dörd ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılmış, müvafiq borular və bir neçə tonluq çən quraşdırılmışdır.
İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan, Ağdam və Ağcabədi rayonlarında da su təchizatı layihələri həyata keçirilmişdir. Bu layihələrin icrası nəticəsində 40,000-ə yaxın insan təmiz içməli su ilə təmin edilmişdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi