10-10-2018 [13:02]
"Mənə qarşı silahlı terror aktı hazırlanmışdı, ancaq xoşbəxtlikdən bunu reallaşdıra bilmədilər”.
Bu sözləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev səsləndirib.
O bildirib ki, silahlı terror etmək istəyən şəxslərin məqsədi onu susdurmaq olub:
"Öncə onu nəzərə çatdırım ki, mən hər zaman dövlətçiliyə, dövlət başçısına sadiq olmuşam. Ömrümün axırına qədər də bu yoldan dönməyəcəyəm. Bilirsiniz ki, mən dünən "Talk TV Azərbaycan"internet telekanalına geniş müsahibə verdim. Müsahibədə hakimiyyət daxilindəki xəyanətkar məmurları, o cümlədən Azərbaycan xalqını 25 ildir aldadan, xarici qüvvələrinəlində oyuncağa çevrilən, milli maraqlara zidd fəaliyyət göstərən radikal müxalifət qüvvələrini ifşa etmişəm.
Gördüyünüz kimi, Prezident Nazirlər Kabinetinin iclasında da bu barədə mövqeyini ortaya qoydu, məmurlara xəbərdarlıq etdi. O cümlədən, "Qaçqınkom”un keçmiş rəhbərliyinin yarıtmaz fəaliyyətindən ortaya çıxan problemlər gündəmə gəldi. Azərbaycan xalqı da görür ki, Hafiz Hacıyevin qaldırdığı məsələlər öz təsdiqini tapır. Bu fəaliyyətimə görə də təhdidlə üzləşirəm.

Dünən bir tədbirimiz var idi. Saat 11-də tədbir keçirilən yeri tərk edəndən sonra bir qrup terrorçu həmin məkana basqın edib məni öldürmək istəyiblər. Nömrəsiz BMW markalı avtomobillə gəliblər. 4 nəfər olublar, biri saqqalı. Hələlik hadisənin baş verdiyi yeri ictimaiyyətə demək istəmirəm, yəqin ki, hüquq-mühafizə orqanlarına müraciətimdə hər şeyi detallı bildirəcəm. Bir onu deyim ki, hadisə Bakıda baş verməyib. Onlar tədbirin keçirildiyi yerə daxil olandan sonra "O şərəfsiz, alçaq hardadır, onu öldürəcəyik. Nə qədər bizdən danışacaq?” deyiblər. Orda partiyamızın nümayəndələrini də təhqir ediblər”.
Konkret kimlərdən şübhələndiyinə gəldikdə partiya sədri bunları deyib: "Mən sabiq nazir Ziya Məmmədov, Əli Kərimli, Cəmil Həsənli, "Qaçqınkom”un sabiq rəhbərliyi barədə mütəmadi açıqlamalar vermişəm, onları ifşa eləmişəm. Görünən odur ki, artıq adlarını müxalifət qoyan qüvvələr mənə qarşı terror aktı keçirmək istəyirlər. Bunların əsas məqsədi odur ki, bir partiya sədrini, prezidentliyə nazmizədi qətlə yetirib ölkədə xaotik vəziyyət yaratsınlar. Amma məni Allah saxlayıb. Burada ortaya sual çıxır? Necə olur ki, nömrəsiz maşın hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmır. Silahlı adamlar əl-qolunu sallayaraq gəlib insanları təhdid edir. Partiya sədrinə qarşı terror etməyə cəhd göstərir. Bu, nəyin nəticəsidir? Deməli, burada maraqlı qüvvələr var”.
Partiya sədri sonra Prezidentə və hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət ünvanlayıb:
"Mən burada əziz qardaşım, Prezident İlham Əliyevə mürqaciət edərk bildiriəm ki, mənə qarşı terror etmək istəyirlər. Mən ölümdən qorxmuram, amma ölkədə ara qarışmasını, Prezidentin və dövlətin təzyiq altında qalmasını istəmirəm. Xahiş edirəm ki, bu barədə ciddi araşdırma aparılsın. Yaxşı ki, mən həmin vaxt orda olmamışdım. Mənim mühafizəçilərim də var, qorunuram da. Əgər elə bir şey baş versəydi, çox dəhşətli hadisə ola bilərdi. Amma mənə terror etmək istəyənlərə deyirəm ki, bu addımı nə radikal müxalifətdəkilərə, nə də onlara havadarlıq edənlərə bağışlamayacağam. İnanıram ki, Prezident də mənim qorunmağım üçün, ölkədə aranın qarışmaması üçün lazımi göstəriş verəcək”.
Sözügedən müsahibəni buradan izləyə bilərsiniz:
https://www.facebook.com/Talk.TV.Azerbaycan/videos/1131527556994857/
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi