02-10-2018 [23:12]
Məlum olduğu kimi, oktyabrın 1-də Xəzər rayonunun Binə qəsəbəsində dəhşətli qəza baş verib. Təxminən saat 14:00 radələrində 160 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo” markalı sərnişin avtobusu ilə qatar toqquşub.
Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan 2 nəfəri – Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər.
Hadisə ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Ancaq hələ araşdırmanın nəticəsi elan olunmamış qəzaya görə avtobusun sürücüsü günahkar elan olunub. Ağır qəza törədən avtobus sürücüsünün narkoman olduğu, bundan əvvəl də qəza törətdiyi üçün həbsdə "yatdığı” bəyan edilib. Bununla, sanki kimlərsə hadisənin bütün məsuliyyətini sürücüyə "yükləmək” istəyir. Əlbəttə, qəzada əsas günahkarın sürücü olduğu mübahisə doğurmur. Ancaq hələlik 2 nəfərin ölümü ilə (5 nəfər reanimasiyada ağır vəziyyətdədir-red.) nəticələnən bu dəhşətli qəzanın tək günahkarı sürücü deyil.
Həmin sürücünü işə götürən "Ayşən” MMC-nin rəhbərliyi də, qatarın hərəkəti zamanı yolun bağlanmasını təmin etməyən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məsul şəxsləri də ən azı sürücü qədər məsuliyyət daşıyırlar. Bəlkə də kiminsə məsuliyyət payı hətta daha çoxdur, amma bunu istintaq üzə çıxarmalıdır.
Maraqlıdır ki, hadisdən sonra mətbuata açıqlama verən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib ki, avtobusu idarə edən sürücü giriş qadağan olduğu halda qorunan əraziyə daxil olub: "Həmin ərazi qorunan hissədir. Ərazidə dəmir yoluna giriş şlaqbaumları hər iki tərəfdə bağlı olub. Orada qatarın sürəti 40 km/saat göstərilsə də, hərəkətdə olan qatarın sürəti 30 km/saat olub. Avtobus sürücüsü şlaqbaumların bağlı olmasına baxmayaraq, qatar yoluna çıxıb və toqquşub. Hazırda hadisə yerində araşdırmalar aparılır”.
Ancaq bu gün yayılan və qəzanın baş verdiyini anbaan əks etdirən videoda şlaqbaumun olmadığı görünür. Videoçəkilişdən açıq görünür ki, dəmir yoluna giriş şlaqbaumları bağlı olmayıb. Ən azı avtobusun hərəkət etdiyi istiqamətdə şlaqbaum görünmür. Ancaq qəribə də olsa "Azərbaycan Dəmir Yolları” QSC bunu qəbul etmək istəmir. Qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova BakuPost-a açıqlamasında deyib ki, həmin görüntülərə baxış keçirilib. Amma görüntü keyfiyyətsiz olduğundan şlaqbaumun açıq və ya bağlı olduğunu müəyyən etmək mümkün olmayıb. O, şlaqbaumların nazik olduğunu qeyd edib: "Ona görə də uzaqməsafəli çəkilişdə şlaqbaumlar görünməmiş ola bilər. Hazırda daha keyfiyyətli görüntülər əldə etməyə çalışırıq. Keyfiyyətli görüntülər əldə etdikdən sonra bu haqda ictimaiyyətə daha dəqiq məlumat verəcəyik. Araşdırma aparılır”.
Göründüyü kimi, videodan şlaqbaumun bağlı olmadığı açıq şəkildə göründüyü halda "Azərbaycan Dəmir Yolları” QSC bunu qəbul etmək istəmir. Halbuki, bunu müəyyən etmək elə də çətin deyil. Hadisənin çoxsaylı şahidləri var, avtobusda 40-dan artıq sərnişin olub, onlardan öyrənmək olar.
İkincisi, şlaqbaum bağlı olsaydı, yolda hərəkət edən avtomobillərdən ən azı biri orada dayanmış olardı. Ancaq videodan görünür ki, həmin yerdə digər avtomobillər qarşıda heç bir maneə görmədiklərindən sərbəst hərəkət edirlər.
Üçüncüsü, şlaqbaum əgər bağlı olsaydı və hətta sürücü buna rəğmən avtobusu hərəkət etdirsəydi, şlaqbaumu qırıb keçməli idi. Ancaq videodan avtobusun asta sürətlə heç bir maneəyə toxunmadan hərəkət etdiyi aydın görünür.
Fikrimizcə, "Azərbaycan Dəmir Yolları” QSC-nin şlaqbaumun bağlı olmamasını qəbul etməməsi heç də təsadüfi deyil.
Məsələ ondadır ki, şlaqbaumun bağlı olmaması qəzada "Azərbaycan Dəmir Yolları” QSC-nin də məsuliyyətini yaradır. Bu isə qəza zamanı həyatını itirənlərin, eləcə də xəsarət alanların, həmçinin avtobusun aid olduğu şirkətin "Azərbaycan Dəmir Yolları” QSC-yə böyük həcmdə kompensasiya iddiaları qaldırmalarına əsas verir. Hətta Azərbaycan məhkəmələri bu iddiaları təmin etməsə belə, beynəlxalq məhkəmələr Cavid Qurbanovun idarəsinə vətəndaşlara böyük həcmdə cərimə ödətdirə bilər. Baxmayaraq ki, heç bir cərimə itirilən həyatları geri qaytarmır.
Rasim
AzPolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi