Rusiya Daxili izlər Nazirliyinin əməkdazı Azərbaycanda saxlanıldı (Yenilənib)

img

31-10-2012 [12:36]


Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin əməkdaşı ?Heydər Əliyev? Beynəlxalq Hava limanında saxlanılıb. Məlumata görə, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan və bu ölkənin Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı olan polis polkovnik-leytenantı Azər Əliyev bir neçə gün əvvəl Qurban bayramı münasibəti ilə Azərbaycana gəlib. O, geri qayıdarkən bu gün hava limanında Azərbaycan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. A. Əliyevin adı təyyarə reysindən də çıxarılıb. Hələlik onun hansı səbəbdən saxlanılması haqqında heç bir məlumat verilmir. DİN-in mətbuat xidməti məsələ ilə bağlı ?Qafqazinfo?nun sualına cavab olaraq bildirib ki, fakt araşdırlır və ətraflı məlumat əldə edildikdən sonra açıqlama veriləcək(?Qafqazinfo?). son məlumata görə, Azər Əliyev sərbəst buraxılıb. O, Azər Əliyev növbəti reyslə ölkəsinə yol düşə biləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA