Dənizdə neft buruğunda partlayız oldu (yenilənib)

img

25-06-2012 [05:27]


Dövlət Neft Şirkəti ilə ?bp? Azərbaycanın birgə istismar etdiyi dənizdəki neft buruqlarının birində dünən axşam saatlarında hələlik səbəbləri bilinməyən partlayış baş verib. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, yaralananlar 5 saylı xəstəxanaya yerləşdiriliblər: ?Yaralıların vəziyyəti çox ağırdır. Həkimlər həyatları üçün təhlükə olduğunu deyirlər?. Neçə nəfərin yaralandığı haqda məlumatları şirkət rəhbərliyinin tapşırığı ilə gizli saxlasalar da, birinin adını müəyyənləşdirmək olub. Bu, İsmayıl Məmmədov adlı neftçidir. Məsələyə rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb. Bizi izləyin! Son məlumata görə, ağır yaralı İsmayıl Məmmədov bu gün dünyasını dəyişib.O, elə bu gün doğulduğu Hacıqabul rayonunda dəfn olunub. Aldığımız digər informasiyaya görə, hadisə kompressor qurğusunun köhnə olması, yəni istismar müddətini bitirməsi səbəbindən partlayıb. ARDNŞ rəhbərliyi bu üzdən faktı ictimaiyyətdən gizli saxlamağa çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA