?Monterey Bay News & Views? Azərbaycandan yazdı

img

13-06-2012 [06:35]


Kaliforniyanın ?Monterey Bay News & Views? qəzeti Monterey şəhərində Respublika Günü münasibətilə keçirilmiş ziyafət və Azərbaycanın Los Ancelesdəki baş konsulu N.Ağayevin bu münasibətlə Monterey şəhərinə etdiyi səfərə həsr olunmuş məqalə dərc edib. Bu barədə mia.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan xəbər daxil olub. Xəbərdə bildirilir ki, Azərbaycanı dünyanın ən qədim sivilizasiyalarından biri adlandıran müəllif 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (ADR) yaradıldığını qeyd edərək, bu respublikanın müsəlman dünyasının ilk müasir parlament respublikası olduğunu bildirir. Məqalədə ADR-in hətta ABŞ-dan iki il öncə qadınlara səsvermə hüququ verməsi faktı da xüsusilə vurğulanır. Müəllif, həmçinin bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini bildirərək, onun ABŞ və Avropa ilə yaxın əməkdaşlıq münasibətləri qurmaq istəyən bir ölkə olduğunu diqqətə çatdırır: "Monterey ilə Lənkəran şəhərləri arasındakı qardaşlıq münasibətlərinə toxunan müəllif iki şəhər arasında turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının olduğunu vurğulayır, xüsusilə kənd təsərrüfatı sahəsində Montereyin Lənkərandan öyrənə biləcəyi uğurlu təcrübələrin mövcud olduğunu qeyd edir". Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq olar: http://montereybayareanews.com/azerbaijan-counsel-general-tours-monterey/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA