Müxalifət mitinq keçirdi(yenilənib)

img

22-04-2012 [05:55]


[/center] 16.55 Mitinqdə Müsavat başqanı İsa Qəmbər çıxış edib. O öz çıxışında qeyd edib: "Əziz dostlarım. Biz bura seçki mitinqinə gəlməmişik. biz bura azadlıq uğrunda mübarizəyə gəlmişik. Ötən mitinqdə dedim ki, şər və xeyr arasında mübarizə gedir. Bizim yolumuz fərqlidir. Biz bura generator gətiririrk işıq gətiririk hakimiyyət buranın işığını kəsmək istəyir. Biz deyirik ki, haqq yolu gedirik. Bunlar isə Lelinin stalinin yolunu gedirik. Bunlar deyirlər ki, İP Lelinin ad günündə mitinq edirik. Bu birdaha sübut edir ki Bunların fikri Lelinin yanındı. Xalqla hakimiyyət arasında ziyalılar var idi. Onalr çalışırdılar xalqla hakimiyyət arasında dioloq yaradırdılar. Ancaq indi vəziyyət yaradıblar ki, ziyalıların özləri də xalqın yanındadırlar. Haqqın yanında olublar". Daha sonra Müsavat başqanı mülkiyyət hüququundan danışdı. Evləri sökülənlərinin hüquqlarının tapdandığını qeyd etdi. Gənclərinin meydanda olmasınından danışdı. "Bu gün Azərbaycan gəncləri bizimlədir. Biz Azərbaycanda haqqın ədalətin qələbə qazanacağına inanıram" 16.50. İbrahim İbrahimli bildirdi ki, hakimiyyət, İlham Əliyev Bibiheybət torpağına həsarətlə baxır. Müsavat başqanı İsa Qəmbər isə çıxış edərək bildirdi ki, bu meydana azadlıq uğrunda mübarizəyə gəlmişik: ?Ötən mitinqdə demişdim ki, ölkədə xeyirlə şər arasında mübarizə gedir. Sonrakı günlərdə doğrudan da təsdiq olundu ki, işıqla, işıqlı adamlarla hakimiyyətin, qaranlıq qüvvələrin arasında mübarizə gedir. Biz bura işıq gətiririk, özümüzlə generator gətiririk, hakimiyyət isə meydanın işığını kəsir, necə ki bütün hakimiyyətin işığını kəsmək istəyir. Biz haqq yolu gedirik. Elçibəyin, Rəsulzadənin yolunu gedirik. Onlar isə Lenin, Stalin yolu gedirlər?. 16.35. Mitinqin aparıcısı, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli ümumrespublika mitinqini açıq elan etdi. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA