ictimai Palata mitinq keçirdi (yenilənib)

img

08-04-2012 [08:24]


Mitinqdə daha sonra Pənah Hüseyn, gənclərdən Samir Əsədli çıxış ediblər. Daha sonra söz Müsavat başqanı İsa Qəmbərə verilib. İ.Qəmbər çıxışında elan edib ki, İctimai Palata aprelin 22-nə növbəti mitinq təyin edib. Müsavat başqanı gənclərin hazırkı demokratiya uğrunda mübarizədə fəal iştirakını alqışlayaraq onları təqdir edib. İsa Qəmbərin çıxışından sonra mitinqin qətnaməsi oxunub. Qətnamədə vicdan məhbuslarının dərhal azad edilməsi, sərbəst toplaşma azadlığının təmin olunması, mülkiyyət hüquqlarına qəsdin dayandırılması və bəzi başqa sosial tələblər əksini tapıb. Mitinq dövlət himninin oxunması ilə başa çatıb. ** Mitinqə gələn müxalifət fəallarından biri Əliqardaş Hasilov bildirib ki, onu və bir qrup mitinqçini meydanın arxa hissəsindəki ikinci qapısından keçmək istəyərkən polislər döyüb. Polsi isə heç kimə zorakılıq edilmədiyini deyib. *** AXCP sədrinin müavini Asəf Quliyev "Azadlıq" radiosuna deyib ki, hakimiyyət orqanları əvvəlcədən götürdükləri öhdəliyi pozaraq əhalinin mitinqdə iştirakına mane olmağa çalışsa da, avtobus və taksilərin meydana doğru hərəkətini qadağan etsə də, məktəbli yaşda olanları, gəncləri meydana buraxmasa da iştirakçı sayı baxımından gözlədikləri nəticəni əldə ediblər. O, meydanda bütün maneələrə baxmayaraq 10 mindən artıq insanın toplaşdığını deyib və əlavə edib ki, aksiyaya piyada gələnllər davam etməkdədir. Mitinqdə ilk çıxış edən AXCP sədri Əli Kərimli olub. Əloi Kərimli son illər hakimiyyətin azad sözə, jurnalistlərə təzyiqindən, onları öldürtməsindən, həbs etdirməsindən danışıb. Eyni zamanda hakimiyyətin kütləvi aksiyalara imkan vermədiyini deyib. ?Hakimiyyətin məqsədi budur ki, özünün korrupsiya siyasətindən diqqəti yayındırsın. Hakimiyyət özünün müxalifətini yaradıb cəmiyyətə təqdim etmək istədi. Mən burdan bəyan edirəm ki, alınmadı bu siyasət, İlham Əliyev!?. Əli Kərimli daha sonra dedi: ?İndi dünya tiranlardan xilas olur. Azərbaycan da bu prosesdən kənarda qala bilməz. Azərbaycan xalqı azadlığa layiq xalqdır!? Əli Kərimli hakimiyyətin Qarabağ siyasətinə də toxunub. O deyib ki, Azərbaycan hakimiyyəti Qarabağı qaytarmaq üçün heç bir addım atmır: ?Minlərlə azərbaycanlı Qarabağ uğrunda şəhid olub. onların ruhu narahatdır!? ("Azadlıq" radiosu). Ə.Kərimli çıxışını bitirdikdən sonra xarici jurnalistlərə müsahibə verib. AXCP sədrindən sonra İP KŞ-nin üzvü Qələndər Muxtarlı və AXCP sədrinin müavini Gözəl Bayramlı çıxış ediblər. *** "Azadlıq" radiosunun əməkdaşı Nüşabə Fətullayeva xəbər verir ki, aksiyada mətbuat işçisi olmayan, eləcə də müxalifət partiyalarına mənsub olmayan şəxslər çəkilişlər aparırlar. Onlar təxminən 8-10 nəfərdir. Müxbirimiz onlardan çəkilişi hara üçün apardıqlarını soruşub. Həmin şəxslər özlərini təqdim etməyiblər. ?Özümüz üçün, arxiv üçün çəkirik? deməklə kifayətləniblər. Sabail rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov isə deyib ki, həmin şəxslər həvəskar operatorlardır. ?Aksiya icazəli olduğu üçün onlar çəkiliş apara bilərlər?. AXCP Ali Məclisinin sədri Həsən Kərimov deyib ki, çəkiliş aparanlar xüsusi-xidmət orqanlarının işçiləri ola bilər. ?Onlar aksiyaya gələnləri çəkib kimliklərini müəyyənləşdirəcəklər. Sonra da işlədikləri idarə-müəssisələrə, şirkətlərə göndərib bu vətəndaşlara təzyiqlər edə, işdən çıxarmaqla hədələyə bilərlər?. Mitnqdə Ziyalılar Forumunun nümayəndələrindən kinodramaturq Rüstəm İbrahimbəyov və Azərbaycan Naminə Firumun rəhbəri Eldar Namazov da iştirak edib. *** 16:30 - Mitinq Azərbaycan dövlət himninin oxunması ilə başladı. Meydana girən ikinci qapıda polis iştirakçılara zor tətbiq edərək onların meydana girməsinə imkan vermir. 16:10 - İctimai Palatanın Koordinasiya Şurasının üzvləri, o cümlədən AXCP və Müsavat liderləri Əli Kərimli ilə İsa Qəmbər atrıq meydandadırlar. Aparıcı İbrahim İbrahimli hakimiyyətə çağırış edib ki, insanların razılaşdırılmış mitinqdə iştirakına imkan verməməklə onları daha radikal qərarlar verməyə sövq etməsinlər. "Ya mitinqə mane olmayın, ya da biz bu kütləni, bu xalqı şəhərin mərkəzinə tərəf yönəldəcəyik. elə bu gün şəhərin mərkəzində mitinq keçirəcəyik", - deyə o bildirib. 16:05 - Mitinqin aparıcısı İbrahim İbrahimli elan edib ki, aksiyaya başlamaq bir qədər yubanır, çünki aksiyaya gələnlərə xüsusən marşrutlarla bağlı problem yaradılıb. Ona görə də bir qədər gözləməlidirlər. İP KŞ də hələlik tam heyətdə meydana gəlməyib. AXCP sədri Əli KƏrimli və Müsavat başqanı İsa Qəmbər də meydana hələ gəlməyib. İştirakçılar "Azadlıq" və "İstefa" şüarları qışqırırlar. AXCP Ali Məclisinin sədri Həsən Kərimov "Azadlıq" radiosuna deyib avtobusların hərəkəti dayandırıldığı üçün insanlar meydana piyada gəlir. O, Azneft dairəsindən təxminən 3 min nəfərin piyada meyada gəlməkdə olduğunu bildirib. H.Kərimov deyib ki, insanlar meyadana yığışanadək mitinq başlamayacaq. "Azadlıq" radiosunun əməkdaşı Vüsalə Əlibəyli xəbər verib ki, ?Sahil? metrostansiyasından üzü Bayıla doğru bütün dayanacaqlarda çoxsaylı adamlar toplaşıb. Onlardan bəzisi 1 saat, bəzisi 30 dəqiqədir avtobus gözlədiklərini deyiblər. Ən çox insan ?Sahil? yaxınlığında toplaşıb. Təxminən 50-60 nəfər. Onlar deyirlər ki, mitinqə getmək istəyirlər, amma avtobus yoxdur. ?Uzun fasilədən sonra bir avtobus gəldi, ona o qədər adam mindi ki, qapıları az qala bağlanmırdı?. Hətta taksi sürücüləri də aksiya iştirakçılarına rədd cavabı veriblər. ?Taksi sürücüləri 20-ci sahənin adını eşidən kimi dərhal deyirlər ki, yox, biz gedə bilmərik. Bizə tapşırıq verilib. Bu həm ?London? taksilərinə aiddir, həm də adi taksilərə?. Bunu da mitinq iştirakçılarından biri deyib. 15:50 - Əməkdaşımız meydandan xəbər verir ki, polislər jurnalistlərin sərbəst fəaliyyətinə mane olur. Jurnalistlərin çəkiliş çün hündür yerlərə çıxmasına imkan verilmir. Əməkdaşlarmız bildirir ki, meydanın girişində dayanan polislər məktəbli yaşında olanların meydana daxil olmasına imkan vermir. *** 15:30 - Mitinqin təşkilinə cavabdeh olanlardan biri Pənah Hüseyn "Azadlıq" radiosuna deyib ki, mitinqə gələnlərin qarşısı alınır, nəqliyyatın əraziyə hərəkəti dayandırılıb. Əgər vəziyyət belə davam edərsə mitinq təxirə salına bilər. Amma məsələ İctimai Palatanın Koordinasiya Şurasının üzvləri tam heyətdə meydana yığılandan sonra müzakirə olunacaq. ?Sahil? metrostansiyasından Bayıl istiqamətində işləyən marşrutlara göstəriş verilib ki, onlar mitinq başa çatana kimi işləməsinlər?. Bunu Müsavatın başqan müavini Gülağa Aslanlı meydanda olan jurnalistlərə deyib. Amma polislər sürücülərə belə göstəriş verilmədiyini bildirib. "Azadlıq" radiosunun əməkdaşı da xəbər verir ki, saat 15.20-dən sonra aksiyanın keçiriləcəyi əraziyə gələn avtobusların hərəkəti tamamilə dayanıb. Sumqayıtdan azadlıq.info-ya verilən xəbərə görə, burada vətəndaşların Bakıya çıxışı səhər saatlarından məhdudlaşdırılıb. Belə ki, polis Bakıya çıxışın 2 əsas gur mətqəqəsində - avtovağzal və bazar adlanan yerlərdə avtobusların yola düşməsinə imkan vermir. Şahidlərdən birinin bildirdiyinə görə, jurnalist olduğunu deyən Süleyman Fətullayev adlı bir nəfəri Bakıya gəlmək istədiyi üçün zorla 90 AL 142 nömrə nişanlı post patrul maşınına mindirib naməlum istiqamətə aparıblar. "Azadlıq" radiosu xəbər verir ki, mitinqin keçiriləcəyi ərazi yaxınlığında avtomobillərin saxlanmasına icazə verilmir. Bundan başqa, yaxınlıqda toplaşan onlarla insanın aksiyaya getməsinə şərait yaradılmır. 120 saylı avtobusun sürücüləri "Azadlıq" radiosuna deyiblər ki, onlara mitinq başa çatana kimi işləməməyi tapşırıblar. İctimai Palatanın bu gün 20-ci sahədə təşkil etdiyi mitinqin başlanmasına təxminən bir saat qalır. Artıq insanlar mitinqin keçiriləcəyi meydana toplaşmaqdadır. Əməkdaşlarımız xəbər verir ki, artıq meydana bir neçə yüz nəfər toplaşıb. Hazırda meydanda tribuna qurulur, şüarlar asılır. Polislər də ərazidə səfərbər olunub. Meydanın yaxınlığında polis maşınları və avtobuslar var. Polislər hələlik meydana daxil olanları yoxlamırlar. Baxmayaraq ki, dünən iştirakçıların metal dedektorlarla yoxlanacağı elan olunmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA