Polis qüvvələri mitinq meydanında(yenilənib)

img

08-04-2012 [03:03]


İctima Palatanın bu gün saat 16-ya təyin etdiyi, Bakı Şəhər İcra Hakimiyyətinin icazə və yer verdiyi mitinqin başlanmasına bir neçə saat qalsa da, artıq polis qüvvələri mitinq meydanında - Bibiheybət qəsəbəsində yerləşən sürücülük məktəbinin meydançasında öz yerlərini tutub durublar. Polislər sürücülük məktəbinin meydançasına avtobuslarla və yaraqlı-yasaqlı şəkildə gətiriliblər: "Onlar mitinqin mühafizəsi,ictimai asayişin qorunması ilə məşğul olacaqlarsa da, döyüşə gələnlərə oxşayırlar. Bundan başqa, ətrafda xeyli sayda mülki geyimli polislər də var, onlar mitinq iştirakçılarının arasına qarışacaqlar". Reportyorumuzun verdiyi xəbərə görə, başda İP liderlərindən Pənah Hüseyn olmaqla mitinq meydanında azsaylı müxalifət fəalları da var. Onlar transparantları yerləşdirir, tribunanı qaydaya salır, son və zəruri hazırlıq işləri görürlər. musavat.com MIA-nın əməkdaşının verdiyi məlumata görə, mitinq ərazisinə gedən marşurutların hərəkəti məhdudlaşdırılıb. Belə ki, 20-ci Sahə istiqamətində işləyən marşurutların əksəriyyəti xətdən çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA