Qaçqın və məcburi köçkünlərə $4,6 mlrd ayrılıb

img

07-12-2011 [01:33]


Qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilmə həcmi $4,6 mlrd. təşkil edib. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş konfransda çıxışı zamanı bildirib. "Dövlət Neft Fondundan bu məqsədlərə daha $1 mlrd. məbləğində vəsait ayrılıb", - deyə Ş.Mustafayev qeyd edib. Onun sözlərinə görə, Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə əhalinin bu kateqoriyasına 9,6 mln. manat həcmində güzəştli kredit verilib. Bu vəsaitlər 660 layihənin həyata keçirilməsi üçün ayrılıb. Nazir vurğulayıb ki, 2004-cü ildən Azərbaycanda 1 mln. iş yeri, 40 min yeni müəssisə açılıb. "Azərbaycanın strateji valyuta ehtiyatları $40 mlrd.-ı ötür ki, bu da respublikanın xarici borcundan 8 dəfə çoxdur ", - deyə o əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA