Fizuli Ələkbərov Bolqarıstanın əmək və sosial siyasət naziri ilә görüzüb

img

15-11-2011 [01:38]


Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov və Bolqarıstan Respublikası Əmək və sosial siyasət naziri Totyu Mladenov arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, görüşdə hər iki ölkənin sosial-iqtisadi inkişafına dair məlumatlar verilib. Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında imzalanan Memorandumun öhdəlikləri müzakirə edilib. Bu Memorandumun qarşılıqlı əlaqələrin genişləndirilməsində mühüm rol oynadığı qeyd olunmaqla, iki nazirlik arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına toxunulub. Tərəflər nazirliklər arasında bir sıra sahələrdə, o cümlədən qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulmasının qarşılıqlı niyyətə əsaslandığına əmin olaraq Memorandumda nəzərdə tutulan əsas istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsi barəsində razılıq əldə ediblər. Görüşdə hər iki ölkə arasında əmək, məşğulluq və sosial təminat sahələrində fəal əlaqələr yaratmaq və inkişaf etdirmək, əmək və sosial müdafiə siyasəti sahəsi ilə bağlı məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə yer ayrılaraq görüşün əsas məqsədinin Bolqarıstan Respublikası ilə əmək və əhalinin sosial müdafiəsi sahəsində qarşılıqlı əməkdaşlıq, həmçinin nazirliyin strukturları, sosial xidmət və əlilliyi olan Reabilitasiya Mərkəzləri arasında təcrübə mübadiləsi və birgə əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirəsi olduğu vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA