23-08-2018 [10:17]
ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları prezident Donald Trampın keçmiş vəkili Maykl Koeni həbs ediblər. ABŞ KİV-lərinin yaydığı məlumata görə, dələduzluqda ittiham olunan Koen ötən gün - avqustun 21-də özü könüllü FTB-yə gedib.
Bu, Koenin vəkilləri ilə prokurorlar arasında əldə edilmiş sövdələşmə çərçivəsində baş tutub. Sövdələşmə Koenin vergilərdən yayınması, Trampın seçkiqabağı kampaniyasının maliyyələşdirilməsi ilə bağlı qanunsuzluqlar, habelə bank sferasında maxinasiyalar barədə ittihamlara aiddir.
Sövdələşməyə əsasən, Koen bu ittihamlar üzrə özünü təqsirli bilir, ittiham tərəfi isə ona yüngül cəza tələb etməyə razılaşır. Lakin mənbələrə görə, Koen və prokurorlar həbs müddəti barədə razılığa gələ bilməyiblər. Hüquqşünasın vəkilləri israr edir ki, Koen uzağı üç il həbs cəzası almalıdır. Prokurorlar isə 4 il və daha çox həbs cəzası barədə danışır. Maykl Koen Trampın hüquqşünaslar komandasının "1 nömrəli” üzvü olub və həm seçki kampaniyası dövründə, həm ondan əvvəl onun maraqlarını müdafiə edib.

Koen FTB-yə təslim olduqdan sonra Nyu-York vaxtı ilə ötən gün saat 23.00-da məhkəməyə çıxarılıb. O, məhkəmədə hər şeyi etiraf edib, maliyyə cinayətlərini Trampın tapşırığı ilə həyata keçirdiyini bildirib.
Koen yalan ifadə verməyəcəyinə dair and içərək jüriyə bildirib ki, Tramp seçkilərin nəticələrinə təsir etmək məqsədi ilə ona iki qadına pul ödəməyi tapşırmışdı. Söhbət Donald Trampla intim münasibətlərdə olmuş pornoaktrisa Stefani Klifforddan və "Playboy” jurnalının keçmiş modeli Karen Makduqaldan gedir.
Tramp Melaniya ilə evli olduğu halda həmin qadınlarla intim münasibətlərdə olub. Və bu məsələnin seçki kampaniyası zamanı açıqlanmasına və nəticədə seçkilərin nəticələrinə təsir göstərməsinə imkan verməmək üçün vəkili vasitəsilə onlara yüz minlərlə dollar ödəyib.
"Əgər bu qadınlara pul ödəmək Makyl Koen üçün cinayətdirsə, o zaman nəyə görə Donald Tramp üçün də cinayət sayılmasın?”-Koenin vəkili məhkəmədə sual edib.

CNN bildirir ki, Koen məhkəmədə birbaşa Trampın adını çəməyib, amma məhkəmə sənədlərində prezidentin adı "Şəxs-1” kimi keçir.
Koen məhkəmədə Trampın seçki kampaniyasını maliyyələşdirmək üçün qanunsuz yollarla 500 min dollar kredit aldığını da etiraf edib.
Koenin vəkili deyib ki, onun müdafiə etdiyi şəxs Rusiyanın seçkilərə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mülleri maraqlandıra biləcək informasiyaya da malikdir. Vəkil Lenni Devisin bildirdiyinə görə, Koen xüsusi prokurora 2016-cı il seçkilərində Amerika demokratik sistemini gözdən salmağa yönəlmiş sövdələşmə, Trampın demokratların seçki qərargahına haker hücumları barədə məlumatlı olduğu haqda xüsusi prokurora ifadə verməkdən "xoşbəxt olacaq”.

Maykl Koenin xüsusi prokurora Tramp-Rusiya sövdələşməsi barədə bildiklərini danışması Müllerin ABŞ prezidentinə ittiham irəli sürməsinə gətirib çıxara bilər. Hesab edilir ki, Müller Trampın əleyhinə artıq bir sıra dəlillər toplayıb.
Ümumiyyətlə bu günlərdə Trampın başı üstündə buludlar sıxlaşır. Koenin həbs edildiyi gün Virciniya məhkəməsi onun seçki qərargahının rəhbəri olmuş Pol Manafortu 18 ittihamdan 8-i üzrə təqsirli bilib. Bura vergilərdən yayınma, maliyyə maxinasiyaları, xaricdə gizli bank hesabı açmaq ittihamları da daxildir. Manafort hazırda həbsdədir və onu uzunmüddətli cəza gözləyir. (virtualaz.org)
Donald Tramp isə etiraflarda bulunan keçmiş vəkili Maykl Koeni kəskin tənqid edib.
Avqustun 22-də yazdığı bir neçə "Twitter" postunda Tramp bildirib ki, Koen pis vəkil olub və o, ABŞ prokurorlarının təzyiqlərinə tab gətirə bilməyib, elə buna görə də sövdələşmə əldə etmək məqsədilə özündən əhvalatlar uydurub.
Tramp bunu da yazıb ki, Koen avqustun 21-də özünü təqsirli bildiyi maliyyə pozuntuları əslində cinayət deyil. Lakin bir çox hüquqşünaslar prezidentin bu mülahizəsini qəbul etməyə də bilərlər.
Bu arada Koenin vəkili Lenni Devis "CBS News" kanalına deyib ki, Koenin etirafı və Manhetten məhkəməsində verdiyi ifadələr onun qanunsuz ödənişlər etməyə Tramp tərəfindən sövq edilməsinin aşkar göstəricisidir:
"Bu tamamilə qəti və mübahisəsizdir ki, Donald Trampın vəkilləri xüsusi prokuror Robert Mullerə yazdıqları məktubda prezidentin göstəriş verdiyini qeyd edirlər. Bu isə Maykl Koenin and altında dünən məhkəmədə verdiyi ifadədə işlətdiyi eyni ifadədir”.
Devis deyib ki, Tramp cinayət törədib və ona qarşı ittiham irəli sürülməlidir:
"Əgər o, prezident olmasaydı, aydın şəkildə ittihamla üzləşməli və cinayətinə görə həbsxanaya salınmalı idi. Lakin onun bir prezident kimi ittiham oluna biləcəyi məsələsi barədə qərarı Ali Məhkəmə çıxarmalıdır”.
Azadlıq.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi