21-08-2018 [12:40]
"Almaniya Kansleri Angela Merkelin Bakıya səfəri zamanı onu müşayiət edəcək nümayəndə heyətinin tərkibində Bundestaqda təmsil olunan Albert Vayler adlı bir deputat vardı ki, həmin şəxs 2014 və 2016-cı illərdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmişdi və bu səfərə görə adı "arzuolunmaz şəxslər” siyahısına salınmışdı. Bəzi xarici media orqanlarında belə xəbər gedib ki, guya həmin deputatın adı indi "qara siyahıya” salınıb. Xeyr, bu, belə deyil. Siyahıya baxsaq, aydın olar ki, onun adı bir neçə ildir ki, "arzuolunmaz şəxslər” siyahısındadır".
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev "Bild” nəşrinin Almaniya Kansleri Angela Merkeli müşayiət edəcək deputatlardan birinə Azərbaycana giriş qadağası qoyulması barədə xəbərini şərh edərkən deyib.
XİN rəsmisinin sözlərinə görə, Azərbaycanın narazılığı Almaniya parlamentinin müvafiq komitələri və Berlindəki səfirliyimiz tərəfindən dəfələrlə hətta yazılı şəkildə çatdırılıb: "Bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır. Bilirik və əminik ki, alman mədəniyyətində qanunlara riayət olunması hakim xarakter daşıyır. Hər bir ölkənin ərazi bütövlüyünə, suverenliyinə, qayda-qanunlarına hörmət edilməlidir. Təəssüf edirik ki, Almaniya Bundestaqının üzvü öz statusundan istifadə edərək bir neçə dəfə işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfər edib və ona görə də adı "arzuolunmaz şəxslər” siyahısına salınıb. Qanunun aliliyi prinsipi əsasında həmin deputatın Azərbaycana daxil olmasına icazə verilmir”.
Hikmət Hacıyev bildirib ki, Azərbaycanın məsələdə mövqeyi konstruktiv xarakter daşıyır: "Təkrar üzrxahlıq məktubu olarsa və Azərbaycanın qanunlarına hörmət ifadə olunarsa, Azərbaycan hökuməti və xalqından üzr istənərsə, onun adının siyahıdan çıxarılması məsələsinə baxıla bilər. İndiki şəraitdə həmin şəxsin Azərbaycan ərazisinə daxil olması mümkün deyil. Hesab edirik ki, Almaniyadan olan tərəfdaşlarımız Azərbaycanın mövqeyinin haqlı olduğunu dərk edirlər və bunu başa düşürlər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi