08-08-2018 [12:27]
Milli Məclisin keçmiş spikeri, hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev və onun qohumları ilə sabiq deputat Hacı Qalib Salahzadənin bağ davası yenidən başlayıb.
Bununla bağlı Rəsul Quliyevin qardaşı Telman Quliyev və Quliyevlərin nümayəndəsi Nazim Quliyev musavat.com-un redaksiyasına müraciət ediblər.
Telman Quliyev deyib ki, Bilgəh qəsəbəsində yerləşən, Rəsul Quliyevə və onun ailə üzvlərinə məxsus bağ sahəsinin Quliyevlərə 1995-ci ildən məxsus olduğunu təsdiqləyən sənədləri olsa da, 2008-ci ildə Hacı Qalib oranı zəbt edib:
""Uzun müddət oradan çıxmadı və nəhayət, 2010-cu ilin yayında məhkəmə qətnaməsi ilə icra məmurları bağı alıb bizə təhvil verdilər. Təhvil-təslim aktı da 27 nəfər adamın şahidliyi ilə bağlandı, təsdiqləndi və bağla bərabər özümüzə verildi. Ötən il bağda mühafizəçi olmayan vaxtda Hacı Qalib oranı yenidən zəbt edib və heç bir qanun-qayda tanımayaraq, mülkümüzün qapısını arxadan qaynaqladıb”.
Modern.az saytı məsələ ilə bağlı sabiq deputat Hacı Qalib Salahzadə ilə əlaqə yaradıb. O, saytımıza açıqlamasında bildirib ki, Rəsul Quliyevin Bilgəhdə bağ sahəsi yoxdur və bu, yalan söhbətdir:
"Əgər bu adamın adına bağ varsa, onda gedib məhkəməyə müraciət etsinlər. Açıq deyəcəm, o adamlar şantaj edənlərdir, cürbəcür yollarla məndən pul almaq istəyirlər. Təkcə onlar deyil, nə qədər belə adamlar var. Mən 2009-cu ildə həmin bağ evində ailə üzvlərimlə birlikdə qeydiyyatdayam. Vaxtı ikən məhkəmə olub, ancaq nə qərar çıxarıblar, nə ediblər xəbərim yoxdur. Bir onu bilirəm ki, bunlar yalandan öz adlarına sənəd düzəldiblər, Amerika vətəndaşı ola-ola məhkəmə qərar çıxardılar. Halbuki 2009-cu ildən onların dediyi ərazidə özüm yaşayıram və qeydiyyatdayam. Mən orda 1992-ci ildə ev tikdirmişəm”.
Hacı Qalib qeyd edib ki, eks-spikerin qohumlarının iddia etdikləri sahə hazırda hazırda Rusiya səfirliyinin ərazisidir:
"Sənədləri 1995-ci ildə hələ Rəsul Quliyev burda olanda Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə ləğv olunub. Bir sözlə, abırsızlıq edirlər də. Gedib prokurorluğa müraciət etsinlər. Axır vaxtlar dəbə düşüb. Məhkəmə qalıb bir qıraqda, qəzetlərə, saytlara şikayət edirlər. Əşi, gedin verin məhkəməyə də.. Hansı zəmanədə yaşayırsınız? Biabırçılıqdır. İndi mən gedib kimlərəsə sübut etməliyəm ki, mən Rəsul Quliyevlə alver etməmişəm? Mənim onunla heç bir aidiyyatım yoxdur. Ancaq Hacı Qalibi şantaj edirlər, başqa adam yoxdur. Nə abırları var, nə də həyaları”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi