Bu marşrutlarda gediş haqqı aşağı salındı – 20 qəpik

img

02-08-2018 [09:48]


Bəzi marşrut xətlərinin tarifində yenidən dəyişiklik edilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, Tarif Şurasının iyulun 30-da qəbul etdiyi qərara əsasən, 501, 502, 503 saylı marşrut xətləri üzrə (Bakı-Sumqayıt) gediş haqqı 80 qəpik müəyyənləşdirilmişdi.

"Sakinlərin müraciəti nəzərə alınaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən daşıyıcılarla danışıqlar aparıldı və həmin tarifin müəyyən müddət üçün 60 qəpik qismində müəyyənləşdirilməsi təmin edildi”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA