26-07-2018 [11:03]
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin mərkəzi aparatında yeni struktur dəyişikliyi həyata keçirib.
Bu barədə Mia.az-a nazirlikdən verilən məlumata görə, nazirin əmri ilə Şəlalə Cəfərovanın müdiri olduğu İqtisadiyyat Şöbəsi ləğv edilib.
Həmin şöbənin bazasında isə iki yeni şöbə yaradılıb: "Sahil Babayev isə bir neçə gün əvvəl nazirlikdəki ən böyük şöbə olan İqtisadiyyat şöbəsini ləğv edərək, onun bazasında iki yeni şöbə - Maliyyə və İcmal Büdcə şöbəsi ilə yanaşı, Uçot Siyasəti və Satınalmaların Təşkili şöbəsi yaradıb".
Məlumata görə, ləğv edilən şöbənin bazasındakı 4 sektor da yeni yaradılan şöbələrinin tərkibində "əridilib". Bununla bərabər, həmin şöbədə 2 kişi, 3 qadın işsiz qalıblar. Onlardan 2 nəfərinin isə dövlət qulluqçusu statusu daşıdığı da deyilir.
Hələlik yalnız yeni yaradılan Maliyyə və İcmal Büdcə şöbəsinin müdiri vəzifəsinə təyinat aparılıb: "Bu şöbəyə keçmiş iqtisadiyyat şöbəsinin müdiri, ta Səlim Müslümovla birlikdə DSMF-dən birgə addımlamış Şəlalə Cəfərova təyin edilib. Lakin Sahil Babayev digər yeni şöbənin müdiri vəzifəsini isə boş saxlayıb. Həmin şöbəyə hələlik təyinat aparılmayıb".
Məlumatda o da vurğulanıb ki, hazırda nazirlikdə aparat rəhbəri vəzifəsi başda olmaqla, bir çox vakant vəzifələrə təyinat aparılmayıb. Belə ki, "dövlət qulluqçusu” statusu daşıyan xeyli vəzifəli şəxs postundan azad edilsə də, onları müqavilələrlə əvəzləyənlər də ştatlı işə alınmayıblar.
Bundan əlavə, sayta verilən məlumata görə, işdən qanunsuz azad edildiklərini əsas gətirən bəzi "Dövlət qulluqçusu” statusu olan keçmiş işçilər yeni nazir Sahil Babayevi məhkəməyə verməyə hazırlaşırlar.
Yeri gəlmişkən, maraqlı məqamlardan biri də odur ki, nazirlik "Dövlət qulluğu haqqında" Qanuna zidd olaraq, həmin vakant vəzifələrlə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) məlumat verməyib. Bu, DİM-in 3 gün əvvəl yaydığı rəsmi məlumatından da aydın görünür.
Hazırda ƏƏSMN-in mərkəzi aparatında vakant olan vəzifələlərdən bəziləri aşağıdakılardır:
1. Aparatın rəhbəri - Hazırda nazirin müşaviri Əliyev Anar Rəhim oğlu bu vəzifəni icra edir;
2. Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri- Qocayev Sabir Nazir oğlu bu vəzifəni müvəqqəti əvəz edir;
3. Əmək siyasəti şöbəsi -Məhərrəmov Əbülfət Əjdər oğlu bu vəzifəni müvəqqəti əvəz edir;
4. Daxili nəzarət şöbəsinin müdiri - Sektor müdiri İmanov Heybət bu vəzifəni müvəqqəti əvəz edir;
5. Kadr və kadr hazırlığı şöbəsinin müdiri- Sektor müdiri Bayramova Nərmin bu vəzifəni müvəqqəti əvəz edir;
6. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri - Talıbov Fazil Həbib oğlu müqavilə ilə bu şöbəyə müdir müavini təyin edilib. O, həm də şöbə müdiri vəzifəsini müvəqqəti icra edir;
Sayta verilən məlumata görə, bunlardan başqa nazirlikdə bir çox başqa vəzifələr də vakantdır. Bunların sırasında sektor müdiri vəzifələri, mütəxəssis və sair vəzifələr də var.
Bundan başqa, hazırda ƏƏSMN-in tabeliyində olan DSMF-nin stukturlarında da 50-dən çox şöbə müdiri vəzifəsi sahibini gözləyir.
Və təkrar edirik ki, bütün bu vəzifələrlə bağlı DİM-ə hələlik heç bir rəsmi məlumat verilməyib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi