"Afərin Arsruna ki, bizə növbəti dəfə haranı azad etməli olduğumuz oriyentirləri dəqiq göstərib" – Vaqif Dərgahlı

img

23-07-2018 [19:09]


"Bu üsulla Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Google Earth vasitəsilə planetin hər hansı bir nöqtəsinin görüntüsünü çəkərək, onu erməni ictimaiyyətinə təqdim edə bilər. Eyni yolla erməni ordusunun göstərilən ərazini öz nəzarəti altında saxladığını da fotonun aşağısında yazmaq mümkündür.

Bu gün hətta məktəbli də həmin üsulla internet proqramından istifadə edərək istənilən ərazinin surətini çıxarıb onu sosial şəbəkələrdə paylaşa bilər".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vagif Dərgahlı bildirib.

"Zarafatı bir kənara qoysaq, afərin Arsruna ki, bizə növbəti dəfə haranı azad etməli olduğumuz oriyentirləri dəqiq göstərib" – V.Dərgahlı əlavə edib.

Xatıqrladaq ki, Arsrun Hovannisyan bu günlərdə öz Facebook səhifəsində paylaşdığı fotoları erməni mövqelərindən özünün çəkdiyini, həmçinin görüntülərin guya Ordubad şəhərinə və ətraf kəndlərə aid olduğunu iddia etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA