11-07-2018 [17:51]
Bu gün təkcə ölkəmizdə deyil, dünyada gedən proseslər daha çox hadisələrə, informasiyalara söykənib. Yəni bəşər övladı internet texnologiyalarından bəhrələnərək dünyanın istənilən ölkəsində baş verən hadisədən zamanında məlumatlanıb.
Bu, müsbət olduğu qədər də özündə mənfi çalarlar da ifadə edir. Yəni ilk məlumat, ilk informasiya hansı məqsədlə ötürülürsə, insanlar da öncə onu qəbul edirlər. Bu impulsun arxasında dayanan maraq həmişə hadisənin mahiyyətini dəyişir. Və nəticədə də bir çox hallarda gerçək arxa planda qalır. İnformasiyanın sifarişçisi, yayıcısı, onu tirajlayan isə ilk anda öz məqsədinə çatır. Sonra artıq ikinci mərhələ başlayır. Araşdırmalar, təkziblər və yaxud təsdiqlər həmin informasiyanın gerçək üzünü ortaya çıxarır. Bu da təbii ki, həm cəmiyyətdə bir ajiotaja, müəyyən qüvvələrin fəallığına səbəb olur, həm də gerçəyi ifadə etmək üçün, gerçəyi göstərmək üçün əlavə tədbirlər görmək, geniş fikir mübadiləsi etmək zərurəti ortaya çıxır. Bax, bu dediyimizin fonunda ölkəmizdə baş verən sonuncu hadisənin mahiyyətini göz önünə gətirirəm. Və birmənalı şəkildə görürəm ki, Gəncədə baş verən hadisə tam şəkildə cinayətdi, terrordu. Sadəcə, bu cinayəti, bu terroru pərdələmək və onun arxasında duran maraqları gizlətmək üçün internet şəbəkədən, elektron mediadan sürətli və şəbəkəli şəkildə istifadə olunur. Azərbaycan insanının bütün diqqəti hadisənin mahiyyətinə yox, baş verən cinayətin özünə deyil, ölkədə qarşıdurma yaratmağa, insanları məmurlardan, dövlətdən narazı salmağa yönəldilib. Bu da açıq şəkildə göstərir ki, Gəncə şəhər icra hakimiyyəti başçısına atılan güllələr öncədən düşünülmüş, planlaşdırılmış və hətta müəyyən təşkilatlar tərəfindən sifariş verilmiş terror hadisəsidir.
Bir anlıq gözümüzün önünə ötən əsrin 90-cı illərini gətirək. Ayrı-ayrı qrupların Azərbaycanı parçalamaq, qarşıdurma yaratmaq istəklərini xatırlayaq. Elə həmin illərdə "Sadval”ın şimalda, Talış-Muğan Respublikasının ideoloqlarının cənubda, lap elə Gəncənin özündə ayrı-ayrı hakimiyyət hərislərinin fəaliyyəti Azərbaycanı az qala süqut həddinə gətirib çıxarmışdı və bunun nəticəsi o olduki ,Vətənim Laçın rayonu və digər rayonlar ermənilər tərəfindən işğai olunub soydaşlarımızməcburi köçkün həyatına məhkum oldular. Belə bir vaxtda Ümummilli liderimizin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə dönüşü Azərbaycanı xilas etdi. Kimin kim olduğunu çox gözəl bilən Ulu Öndərimiz böyük maraqların toqquşduğu Azərbaycanda sabitliyi, əmin-amanlığı, onunla birlikdə həm də demokratiyanı bərpa etdi. İnsanlar təkcə evlərində deyil, həm də yaşadıqları şəhərdə, onun parkında, bulvarında, küçəsində öz təhlükəsizliklərinin şahidlərinə çevrildilər. Gördülər ki, məmləkətdə rahat yaşamaq, öz konstitusion hüquqlarından istifadə etmək mümkündür. Bunun üçün öncə qanunlara sayğı göstərmək, dövlətini, vətənini sevmək və vətəndaş kimi üzərinə düşənmissiyanı yerinə yetirmək lazımdır.
Gəncədə baş verən hadisə hər kəs kimi mənim də diqqətimi çəkdi. Və düşündüm ki, bu məsələyə öz vətəndaş mövqeyimi bildirmək mənim də haqqımdır. Ona görə də baş verən hadisəni, onunla bağlı yayılan informasiyaları təkrar-təkrar gözdən keçirəndən sonra birmənalı şəkildə anladım ki, bu sifarişli cinayətin, bu məqsədli terrorun arxasında Azərbaycanın imicinə zərbə vurmaq dayanır. Çünki hər bir halda kimisə qətlə yetirmək, güllələmək yolverilməzdi. İnsanın ən ali varlıq olması, hətta müqəddəs kitabımızda kimisə öldürmək hüququnun insana verilməməsinin özü də dediklərimizi bir daha sübut edir. Axı biz quldarlıq və yaxud ictimai icma dövründə yaşamırıq. Bu gün dünya sivilizasiyasının, demokratiyasının, Avropa dəyərlərinin ən müsbət çalarları Azərbaycanda kifayət qədər oturuşubdu.
Günahkarların cəzalandırılması üçün hüquq-mühafizə orqanları, məhkəmə sistemi var. Kimsə kimdənsə narazılığını silahla, öldürməklə, terror etməklə aradan qaldırmaq hüququna malik deyil. Deməli, bu faktın özü də göstərir ki, Gəncədə terror törədən Yunis Səfərov əslində öz qaranlıq keçmişinin mahiyyətini gizlətməyə, həyata keçirdiyi terrorun əsl simasını gizlətməyə çalışır. Araşdırmalar göstərir ki, Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edən Yunis Səfərovun ata nənəsi Yuxarı Daşkəsən qəsəbəsində yaşayan erməni əsilli Svetlana Akopovna Karapetyandı. Onun anası bir neçə dəfə ayrı-ayrı izdivaclara imza atıb.
Onların arasında həmin dörd kişidən biri erməni olubdu. Bu gün Azərbaycan əleyhinə böyük kampaniya aparan və Azərbaycan dilində danışmaqdan imtina edən Zabil Məhərrəmov da Yerevanda sığınacaq tapıb. Və oradan yayımladığı verilişində bayrağın üzərinə terrorçunun, yəni icra başçısına güllə atan Yunis Səfərovun şəklini yerləşdirib. Amma insanları etiraza, itaətsizliyə çağıran Zabil və onun kimi ünsürlər unudurlar ki, bu gün Azərbaycan dünya xəritəsində, dünya ölkələri arasında özünü təsdiq etmiş, öz inkişaf səviyyəsiləAvropa ölkələri ilə yanaşı dayanan bir məmləkətdir. Bu məmləkətin hər bir guşəsində quruculuq, abadlıq işləri sürətlə aparılır. İnsanların normal həyatı təmin olunur.
Təkcə Elmar Vəliyevin şəhərə çevirdiyi Yevlaxı göz önünə gətirsək, bu reallıqdan heç kim qaça bilməz. Son dərəcə işgüzar, ölkə prezidentinə, xalqına sədaqətli bir məmur olan Elmar Vəliyev cənab prezidentimiz İlham Əliyevin bütün tələb və tapşırıqlarını çox böyük diqqət və bacarıqla yerinə yetirib. Onun Gəncə şəhərində Heydər Əliyev parkını, ümumi mənzərəsini, küçə və yollarını, tikinti-quruculuq işlərini necə keyfiyyətlə, milli arxitekturaya uyğun bir şəkildə reallaşdırdığını hamı görüb və bu gün də görür. Təsadüfi deyil ki, Gəncənin bugünkü mənzərəsində ölkə başçısının bu şəhər üçün qarşıya qoyduğu vəzifələri Elmar Vəliyev çox böyük canıyananlıqla reallaşdırıb.
Bir gerçəklik də var. Ölkə prezidenti bütün bölgələrə, bütün icra hakimiyyətlərinə diqqət göstərir. Amma hər kəs bu diqqətdən öz bacardığı kimi istifadə edir. MəhzElmar Vəliyev də Ulu Öndərimizin layiqli varisinin tələblərinə layiq bir şəkildə Gəncədə fəaliyyət göstərib.
Çox təəssüf ki, Şeyx Nizaminin, Cavad xanın ruhu yaşayan bu şəhərdə bu cür bir terrora imza atıldı, iki nəfər polis zabitlərimiz şəhid oldu. Rus generalı, erməni əsilli Sisyanovun qarşısında öz sərkərdə məharətilə təkcə Sisyanovu yox, bütövlükdə rus imperiyasını silkələyən Cavad xanın qəhrəmanlığı qürur yerimizdir. Bununla o, Azərbaycan xalqını, bu məqamda isə gəncəlilərin rəşadətini göstərdi. Bu gerçəyin üzərinə ləkə salmağa çalışan Yunis Səfərov kimi və onu dəstəkləyən ünsürlərinistəkləri gözlərində qalacaq. Çünki Azərbaycan xalqı, onun iqtidarı vahiddi və xalqla iqtidarın birliyini heç kim sarsıda bilməz.
Sadəcə olaraq, məni bir vətəndaş kimi düşündürən odur ki, məsələnin mahiyyəti bir kənarda qalır, insanları yalnış informasiyalarla qıcıqlandırmağa, müəyyən narazılıqlar yaratmağa cəhd edirlər. Amma onlar da unudur ki, haqq-ədalət həmişə qalib gəlibdi. Öz müstəqilliyinə ikinci dəfə qovuşmuş Azərbaycanın memarı Ulu Öndərimiz bu dövlətin yolunu müəyyən edib, onu etibarlı əllərə tapşırıbdı.
Bizlər də bu ölkənin həm əsgəriyik, həm də onun inkişafına, tərəqqisinə xidmət edən vətəndaşlarıyıq. Azərbaaycan Milli Ordusunun yaranmasının100 illiyinin təntənəli şəkildə qeyd etməyimizi, keçrilən möhtəşəm hərbi parad Azərbaycan dövlətinə düşmən kəsilmiş xarici qüvvələri və onları içərimizdə olan tör-töküntülərini məyyus etdi. Dövləti, dövlətçiliyi olmayan millətin vətəni ola bilməz. Ona görə də vətənə, anaya olan sevgi dövlətçiliyə olan sevgi ilə eyni olmalıdır. Odur ki, Dövlətimizə, Dövlətçiliyimizə, Cavad xanın vətəni olan Gəncə şəhərində baş vermiş dövlətə xəyanət cinayətində əli olan hər bir şəxs öz layiq olduqları cəzanı almalıdırlar ki, Azərbaycan dövlətçiliyinə kəm baxmaq istəyənlərin hər birinə ibrət dərsi olsun .
Ramiz CƏBRAYILOV
Laçın rayonunun sabiq icra başçısı, məcburi köçkün, Qarabağ müharibə veteranı
11iyul 2018 ci il
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi