20-06-2018 [18:42]
Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti əvvəlcədən razılaşdırılmış Anlaşma Memorandumunun imzalanması məqsədilə 17-18 iyun tarixlərində İranın Tehran şəhərində səfərdə olub.
Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, səfər çərçivəsində K.Əliyevlə qonşu ölkənin Baş Təftiş Təşkilatının sədri Nasir Serac arasında keçirilmiş görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, antikorrupsiya sahəsində görülən işlər, eləcə də, bu sahədə ixtisaslaşmış qurumlar olan Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarə Baş İdarəsinin fəaliyyət istiqamətləri və strukturu barədə qarşı tərəfə ətraflı məlumatlar verilib, habelə "ASAN” xidmət mərkəzlərinin uğurlu fəaliyyətindən danışılıb.
N.Serac öz növbəsində 2017-ci ildə Azərbaycanda səfərdə olarkən ölkəmizdə həyata keçirilən geniş quruculuq işləri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, bu sahədə təmsil etdiyi qurumun Azərbaycanın müvafiq dövlət qurumları ilə birgə səmərəli təcrübə mübadiləsi aparmasına maraqlı olduğunu diqqətə çatdırıb.
Tədbir Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İranın Baş Təftiş Təşkilatı arasında korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində Anlaşma Memorandumunun imzalanması ilə başa çatıb, daha sonra hər iki tərəf mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
İyunun 18-də Azərbaycan nümayəndə heyəti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) qərargahında qurumun baş katibi Halil İbrahim Akca arasında keçirilmiş görüşdə ECO baş katibi ölkəmizin təşkilata verdiyi töhvələri xüsusi vurğulayaraq Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclasının yüksək səviyyəli təşkilinə görə bir daha Azərbaycanın siyasi rəhbərliyinə təşəkkürünü bildirib, o cümlədən ölkəmizin ECO-nun Korrupsiya Agentlikləri və Ombudsmanlarının Regional Əməkdaşlıq Mərkəzinə (RCCACO) qoşulmaq qərarından məmnunluğunu ifadə edib.
Həmin gün nümayəndə heyəti ilə İran Məhkəmə və Ədliyyə Qüvvələrinin sədrinin ictimai və cinayətin qarşısının alınması məsələləri üzrə müavini Hakim Ülfət, Maliyyə Monitorinq Xidmətinin rəisi Nasiri Əliabad və İqtisadi işlər və maliyyə nazirinin investisiya, iqtisadi və texniki məsələlər üzrə müavini Məhəmməd Xəzai arasında keçirilmiş görüşlərdə müvafiq olaraq iki ölkənin ədliyyə, məhkəmə və maliyyə qurumlarının fəaliyyəti müzakirə olunub, hüquqi əməkdaşlıq imkanları nəzərdən keçirilib, görüşlər zamanı bu sahələrdə Azərbaycanın müsbət təcrübəsinə xüsusi maraq göstərilib.
Azərbaycan nümayəndə heyəti, həmçinin İranın regionlarına səfər edərək Baş Təftiş Təşkilatının bölgələrdəki nümayəndəliklərinin fəaliyyəti ilə yaxından tanış olublar.
Səfər çərçivəsində keçirilmiş görüşlərdə həmçinin, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi