20-06-2018 [17:31]
"Otuzil əvvəl Azərbaycanda həyatımızı kökündən dəyişən və cəmiyyətimizi narahat edən qaçqın və köçkün problemi indi dünyanın bir çox ölkələrini, qitələrini təlatümə salır".
Bu sözləri 20 iyun - Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə baş nazirinin müavini Əli Əhmədov deyib. O bildirib ki, hazırda dünyada 68 milyondan çox qaçqın var: "Ancaq bu problemin həlli üçün atılan addımlar az görünür. Azərbaycanda hazırda hər on nəfərdən biri qaçqın və məcburi köçkündür. Dünyanın istənilən ölkəsi ilə müqayisə etsək, Azərbaycanda bu problemin daha ağır olduğunu görərik. Azərbaycanda qaçqın və məcburi köçkün problemini diqqətə çatdırmaq istəyirəm".
Baş nazirin müavini qeyd edib ki, bu gün dünyada siyasətçilər, dövlətlər problemin həlli üçün səylər göstərirlər: "Amma görünür, dünyada ədalət pozulub ki, qaçqın və məcburi köçkün problemi yaranıb. Ədalətsizlik, separatizm, başqalarının ərazilərinə göz dikmək halı olmasaydı, dünyanın baş ağrısına çevrilmiş qaçqın və məcburi köçkün problemi belə ağır olmazdı. Etnik təmizləmə nəticəsində 1 milyon azərbaycanlının qaçqın və köçkünə çevrilməsinə biganə yanaşılan zaman düşünülməli idi ki, bu problem gələcəkdə bütün dünya üçün bir bəlaya çevriləcək. Bu ağrını üzərində hiss etməyən ölkələr Azərbaycanın yaşadığı ağrılara lazımi diqqət göstərmədilər. Nəticədə vaxtilə Azərbaycanı titrədən bu problem indi dünyanı silkələməyə, məhvərindən çıxarmağa qadir problemə çevrilib”.
Ə. Əhmədov nəzərə çatdırıb ki, dünyanın səylərini birləşdirərək qaçqın və məcburi köçkün problemini aradan qaldırmasına ehtiyac var: "Qaçqın axını ilə üzbəüz qalıb, bu problemi həll etməyə çalışan ölkələri anlayırıq. İlk növbədə dünyada səylər qaçqın və köçkün problemini yaradan səbəbin aradan qalxmasına yönəlməlidir. Mən bu tədbirdə Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı şəkil görmədim. Tədbirin təşkilatçılarına sual verəndə dedilər ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraiti yaxşılaşıb. Ancaq insanlar nə qədər öz torpağına, evinə qayıtmayıb, bu mənəvi əzabı çəkəcək. Bu mənada tədbirin təşkilatçılarının məntiqini qəbul etmək istəmirəm. Çalışmalıyıq ki, qaçqınlıq daimi yaşayışa çevrilməsin. 30 il keçib, bu insanlar yurd-yuvalarına qayıtmalıdır. Əgər biz həqiqətən ədalətsizliyi aradan qaldırmaq istəyiriksə, daha ciddi tədbirlər görməliyik. Həm də ona görə ki, bu problem daha qlobal xarakter almasın, daha çox dövlətlər qaçqın axınının qarşısında əlacsız vəziyyətə düşməsinlər. Əks halda, bütün dünyada bu problem dərinləşəcək. Etnik təmizləmə və separatizmi yaradan qüvvələr öz yerində oturdulmalıdır. İnanıram ki, gələcəkdə beynəlxalq ictimaiyyət daha ciddi addımlar atacaq. Bizim əsas hədəfimiz torpaqlarımızı işğaldan azad etmək, qaçqın və məcburi köçkünləri öz torpaqlarına qaytarmaqdır. Biz istərdik ki, beynəlxalq ictimaiyyət Azərbaycanın bu mövqeyini dəstəkləsin”.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi