16-06-2018 [11:09]
"Sağlam mühit və sağlam gələcək” İB-nin icraçı direktoru, şərqşünas-politoloq Vüsal Hətəmov son günlər cəmiyyətdə millət vəkili Fazil Mustafa ilə dindarlar arasında meydana gələn gərginliklə bağlı saytımıza münasibət bildirib.
"Son günlər Azərbaycan cəmiyyətində yeni gərginlik episentri yarandı. Millət vəkili Fazil Mustafa ilə Azərbaycanın ənənəvi dini cərəyanının nümayəndələri virtual aləmdə üz-üzə gəldilər. Etiraf edək ki, yaranmış gərginliyin baiskarı deputat oldu. Fazil Mustafa əvvəllər də Azərbaycanda çoxluq hesab olunan məzhəb ardıcıllarını, təhqirə yaxın ifadələrlə tənqid etməklə cəmiyyətdə xoşagəlməz olaylara və müəyyən gərginliyə səbəb olmuşdu. Bu dəfə də ənənəvi Məhərrəm məclislərini hədəfə alan deputat, etirazlar səslənən kimi bir anın içində minlərlə inanclını təhqir etməyə başladı.
Məsələ burasındadır ki, Azərbaycanda əsirlər boyu müxtəlif din və məzhəb ardıclıları çiyin-çiyinə yaşayıb. Aydın məsələdir ki, onların Yaradana və Ona tərəf aparan yollar və vasitələrə dair fərqli fikirləri var. Ancaq bu fərqlilik heç zaman qarşılıqlı təhqirə rəvac verməyib. Çünki xalq olaraq azərbaycanlılar bunun nə dövlətçiliyə, nə də millətə fayda verməyəcəyini anlayıblar həmişə. Sağlam polemika, hətta mübahisələr də zaman-zaman meydana gəlib. Ancaq təhqir həddinə ya gəlib çatmayıb, ya da belə təhqir azsaylı radikal təkfirçilər tərəfindən ara-sıra səslənib. Çox təəssüf ki, millət vəkili adını daşıyan Fazil Mustafa da məhz təhqir yolunu seçdi. Bunu bilərəkdən etdimi ki, dindarlarda qıcıq yaratsın, onları Müqəddəs Ramazan ayında hövsələdən çıxarsın, ya özünün dünyagörüşü və mənəvi xüsusuiyyətləri buna sövq etdi? Hər halda bunu bir Allah, bir də özü bilir. Amma hər halda olan oldu. Və dəfələrlə sübuta yetmiş "təsir əks təsirə bərabərdir” tezisi növbəti dəfə təsdiqini tapdı. Əks düşərgədən də deputatın təhqirlərinə eyni cür cavab verənlər tapıldı: onun şəkilləri zibil qutularına yapışdırıldı, ünvanına isə bəziləri tərəfindən xoşagəlməz ifadələr və təhqirlər yağdırıldı. Amma bu, aysberqin görünən hissəsidir. Başqa mətləblər də var...
Fazil Mustafanın demarşı və əks düşərgənin hərəkətləri müəyyən mənada «dejavyu» effekti ilə müşahidə olundu. Həqiqətən də, oxşar hadisələr Azərbaycanda bir müddət öncə də yaşanmışdı. Amma dini yox, siyasi səhnədə. Eyni ilə ağır təhqirlər, küçə ifadələri, şəkillərin zibil qutularına yapışdırılması, məzarların təhqir olunmasına dair yayılan xəbərlər (düzdür, sonra da bunlar təkzib edildi) və s. Hər iki halda məqsəd Azərbaycanda sabitliyi pozmaq, destruktiv qüvvələrə münbit şərait yaratmaq idi. Oxşar ssenarilər isə belə bir fikir söyləməyə əsas verir: hər iki halda hadisələr eyni mərkəzdən idarə olunurdu. Sadəcə olaraq, vasitələr fərqli idi. Fazil Mustafa burada əsas sima deyildi, kimsə sadəcə ondan istifadə etdi və anlaşılan qədər, hələ bir müddət edəcək də. Şübhəsiz ki, məqsəd heç də millət vəkilinin dediyi kimi xalqı cəhalətdən xilas etmək deyil. 14 əsirlik ənənəni hansısa populist siyasətçinin çıxışı və təhqirləri ilə aradan aparacağına inanan insan ən azından axmaqdır. Məqsəd, artıq qeyd etdiyimiz kimi, gərginlik yaratmaq, cəmiyyəti məzhəb qarşıdurması zəminində bir birinə vurmaqdı.
Sual oluna bilər: sonra nə olacaq? Müxtəlif variantlar mümkündür. Amma böyük ehtimalla, artıq qeyd etdiyimiz mərkəz həm siyasi arenada, həm də cəmiyyətin ən həssas sahəsi olan dini mühitdə səylərini davam etdirəcək. Bu gün Fazil Mustafadan istifadə edənlər, sabah onu bir kənara atıb başqa vasitə tapacaqlar. Odur ki, bu mərkəz nə qədər tez ifşa olunub üzə çıxarılsa, bir o qədər yaxşıdır. Həm Azərbaycan dövlətçiliyi üçün, həm də hər bir sağlam düşüncəli azərbaycanlı üçün.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi