Konstitusiya Məhkəməsin;də iclas keçirilib

img

30-07-2011 [04:23]


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV, VI hissələrinə və ?Konstitusiya Məhkəməsi haqqında? Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prokurorluğunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair sorğusuna, habelə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 13.2.15-ci maddəsinin şərh edilməsi ilə bağlı müraciətinə baxılaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardadlar çıxarılıb. Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 6-na təyin edilmiş iclasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müraciətinə, sentyabrın 12-də isə Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA