Azərbaycanda zəlzələ baz verib (yenilənib)

img

25-03-2011 [02:30]


Bu gün Azərbaycanın cənub qərbində zəlzələ baş verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Horadiz şəhə sakinləri məlumat veriblər. MİA-ya daxil olan məlumata görə, zəlzələ Horadizdə təşviş yaradıb. Zəlzələ nəticəsində hər hansı bir dağıntının olmadığı bildirilir. Ancaq sakinlər növbəti təkanın güclü olacağından qorxurlar. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, təkanların gücü 4.50 olub. 14 km dərinlikdə olan zəlzələ saat 13:52-də Azərbaycan - İran sərhədində, Azərbaycanın Cəlilabad rayonundan 80 km qərbdə Füzuli ərazisi yaxınlığında qeydə alınıb. Təkanlar Füzulidə 3, Cəlilabad, Yardımlıda 2.5 bal, Biləsuvar, Lənkəran, Masallıda 2.0 bal hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA