BDU-da gərginlik yaranıb (yenilənib)

img

14-03-2011 [02:10]


Gənclər tərəfindən Bakı Dövlət Unversiteti qarşısında piket keçirilməsinə hazırılıq görüldüyü barədə sosial şəbəkələrdə məlumat yayılıb. Gənclərin etiraz aksiyasının saat 13-14.00 arası keçirilməsi gözlənilir. ?BDU rəhbərliyi narahatdır. Dərslərin dayandırılması ilə bağı hazırda tələbələr narazılıq edirlər. Tələbələr onların oxumaq hüququnun pozulmasına etiraz edərək auditoriyaları tərk etməyəcəklərini deyirlər. Müəllimlər isə bütün iradların rektorluğa bildirilməsini deyirlər?. modern.az-a məlumat verən mənbənin sözlərinə görə, hazırda tələbələrin BDU-dan çıxarılması proses gedir. Ən son məlumata görə, hazırda BDU-nun qarşısı polislərlə doludur. Yasamal rayon Polis İdarəsinin rəisinin da orada olduğu bildirilir. Hadisə yerinə çağırılan polis artıq asayişin qorunması istiqamətində müvafiq tədbirlər görür. Polislər hər hansı qanunsuz aksiyanın qarşısının alınacağını bildiriblər. Polislər BDU-nun qarşısına toplaşan, dərsdən çıxan tələbələri dağıdır, jurnalistlərə də göstəriş verir ki, dağılışsınlar, ?şou düzəltməsinlər?. Özünü universitetin müəllimi kimi təqdim edən mülki geyimli, əlində rabitə qurğusu olan bir şəxs isə AzadlıqRadiosunun jurnalistinə təzyiq göstərərək kameranı əlindən almaq istəyib. Bakı Dövlət Universitetinin qarşısındakı küçə nəqliyyat üçün bağlanıb. Metronun ?Elmlər Akademiyası? stansiyasının qarşısından universitetə gedən yolda çoxsaylı polislər görünür. Polisin dediyinə görə, BDU-da tədbir olmalıdır, yol ona görə bağlanıb. Universitetin qarşısında çoxlu media nümayəndəsi də var.Bu gün gənc fəalların BDU-nun qabağında aksiya keçirəcəyi bildirilirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA