Cəbhə xəttindəki atızmada erməni zabiti ölüb, Azərbaycan zabiti yaralanıb(yenilənib)

img

21-01-2011 [12:01]


Dünən Ermənistanın silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti ağır yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verdilən məlumata görə, hadisə cəbhənin Tərtər istiqamətində, Çiləbürt kəndi yaxınlığında qeydə alınıb. Hərbi qulluqçu, 1986-cı il təvəllüdlü Şamil Əli oğlu Sadıqov erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində hər iki budundan güllə yarası alıb, vəziyyəti kafidir. Yanvarın 20-də saat 18.00 radələrində Azərbaycanın işğal olunmuş əraziləri ilə təmas xəttində baş verən atışma nəticəsində bir erməni əsgəri ölüb. ?Armenia Today? saytı məlumat yayıb ki erməni tərəfinin itkisi baş leytenant Ovik Mkrtıçeviç Sukiasyanın ölümü ilə bağlıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA