Abel Məhərrəmov Etibar Əliyevi və ?Reytinq? qəzetini məhkəməyə verir (yenilənib)

img

10-01-2011 [04:45]


BDU-nun rektoru Abel Məhərrəmov təhsil məsələləri ekspert, XXI Asr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevi məhkəməyə verir. BDU-nun Mətbuat və İnformasiya şöbəsindən verilən məlumata görə, bunun səbəbi Etibar Əliyevin davamlı olaraq rektor haqqında qərəzli, qeyri-obyektiv, böhtan və həqiqəti əks etdirməyən yazılar yazmasıdır. Məlumatda qeyd olunur ki, Etibar Əliyevin ?Reytinq? qəzetinin 9 yanvar 2011-ci il tarixli sayında dərc etdirdiyi yazı da bu qəbildəndir. Materialda rektor haqqında həqiqəti əks etdirməyən fikirlər özünə yer alıb. Qəzetdə 1991-ci ildə bir qrup BDU aliminin Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Azərbaycanda prezident seçkilərində iştirakdan imtina barədə bəyanatlarından yazılıb və həmin bəyanata imza atanlardan birinin guya Abel Məhərrəmov olduğu göstərilib. Halbuki həmin bəyanat ?Bakı Universiteti? qəzetinin 14 sentyabr 1991-ci il tarixli sayında dərc edilib və orada Məhərrəmov soyadı, ümumiyyətlə, yoxdur. ?Alternativ? qəzetinin 6-12 iyun 2007-ci il tarixli sayında da eyni məzmunlu yazı dərc edilib və Abel Məhərrəmov böhtan yazısına görə həmin qəzeti məhkəməyə verib, saxtakarlığı sübuta yetirib. Sonradan həmin qəzet 11-17 iyul 2007-ci il tarixli sayında təkzib verib. Təkzibdə yazılıb ki, ?BDU rektoru haqqında qeyri-dəqiq, yoxlanılmamış məlumat yayımlamışıq, araşdırmalarımız nəticəsində məlum olub ki, 1991-ci il 10 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri Heydər Əliyevə qarşı bəyanata BDU-nun rektoru, akademik Abel Məhərrəmov imza atmayıb?. BDU-nun Mətbuat və İnformasiya şöbəsinin yaydığı açıqlamada Abel Məhərrəmovun məhkəməyə üz tutmaq istəmədiyi də vurğulanıb: ?2010-cu ildə keçirilən sorğuya görə ?Jurnalistləri dostu? elan edilmiş prezidentimiz İlham Əliyevin tövsiyələrinə uyğun olaraq dözümlülük nümayiş etdirib, biz hər hansı qəzetin və qərəzli silsilə məqalələrin müəllifi olan Etibar Əliyevin məhkəməyə verilməsini istəmirdik. Lakin davamlı olaraq qeyri-obyektiv və böhtan xarakterli yazıların yazılması ikrah hissi doğurur və buna görə də məsələnin hüquqi müstəvidə araşdırılmasının tərəfdarıyıq?. Məsələylə bağlı Etibar Əliyev MİA-ya açıqlamasında deyib ki, BDU-nun onu məhkəməyə verməsi barədə yaydığı press-relizdə haqqında dedikləri fikirlər yanlışdır: ?Mən Abel Məhərrəmov həqqında heç bir qərəzli məqalənin müəllifi deyil. Sadəcə , mən bir təhsil eksperti kimi, BDU-dakı təhsilin səviyyəsindən, ordakı neqativ hallardan yazılar yazmışam. Məsələn, Məhərrəmovun elmi işlərinin sayının şişirdilməsi məgər qərəzdir? O ki qaldı ?Reytinq? qəzetində dərc olunmuş yazıya mən bu yazıda Abel Məhərrəmov böhtan atmamışam, əlimdə olan qəzet materiallarında Məhərrəmovun adı həmin məşhur bəyanatı imzalayanların sırasında var. Beynəlxalq təşkilatın universitetlərin reytinq cədvəlində BDU-nun 2000 universitet arasında 1951 yer tutması həmin universitetdəki təhsilin səviyyəsindən xəbər verir. Buna isə bir başa rektor cavabdehdir. Məgər bu cür fikirlər qərəzli fikirlərdir??.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA