Görücü Mirxanlar: ?Zəngin bir insanı tora salmaq kimi təklifləri rədd edirəm?(r)

img

01-12-2010 [05:15]


Müsahibim tanınmış görücü, efirdən tanınan Mirxanlar Zeynalovdur. Şou-biznes nümayəndələrini qəbul etməyən görücü ilə onun kasıb, sadə evində görüşdüm. Söhbətimizi olduğu kimi sizə təqdim edirəm. - Falçı, görücü, cadugar, ekstrasens adını daşıyanların sayı müğənnilər kimi günbəgün artır. Siz özünüzü sadaladıqlarımdan hansına şamil edirsiniz? - Mən görücüyəm. Seyid ocağının övladıyam. Mən kütləvilikdən uzaq bir görücüyəm. Efirləri yağır edənlərdən qat-qat fərqli bir seyid ocağının balasıyam. Şou məndən uzaqdır. - Siz də qalmaqalla tanındınız amma? - Həqiqəti söyləmək qalmaqal salmaq demək deyil. ?Çal-çağır? verilişində söylədiklərim, proqnozlarım doğruldu. - Ağ və qara magiya var. Siz ağ magiyaya qulluq edirsiniz, yoxsa qara magiyaya? - Mən özümü bunların heç birinə aid etmirəm. Mən görücüyəm, magiya mənə, mən də magiyaya məxsus deyiləm. Mən ailə dağıdanlardan, ev yıxanlardan deyiləm. Yalnız xeyir əməllərdir mənim məqsədim. Kiməsə şəfa verib ayağa qaldırıramsa, xoşbəxt sayıram özümü. Qarşımdakı insanların fəlakət burulğanlarında zərbələr almamaları üçün onları əvvəlcədən xəbərdarlıq edirəm. Çalışıram ki, yolunu azanları düz yola qaytarım. Mənim psixologiyanı dərindən bilməyim bir çoxlarına kömək etməkdə dadıma çatır. Mən yalnız yaxşılıq etməyə çalışıram ətrafdakılara. - Niyə şou-biznes nümayəndələrini, sənət adamlarını qəbul etmirsiniz? Axı onların əksəriyyəti falçılarla işləyir və yaxşı da pul verirlər. - Kiminsə ərini, kiminsə oğlunu əlindən almaq, varlı, zəngin insanları hansı yolla olursa-olsun özünə cəlb etdirmək, qurulan xoşbəxt ailələri dağıdaraq öz səadətini yaratmaq kimi təklifləri rədd edirəm. Mən ruzi, müalicə, karyera, beldə şişin əridilməsi, yolların açılması üçün çalışıram. İstəmirəm ki, ağın yanında qara, qaranın yanında ağ olsun. Ağın yol yoldaşı ağ olmalıdır. Hər kəs özünü ətrafından qorumağı bacarmalıdır. Sənət, uğur, karyera ilə bağlı şou əhlini 2011-ci ildən qəbul edəcəyəm. Onların ailə problemlərinin həlli mənlik deyil. Ev dağıdıb, ocaq söndürüb, düşmənçilik edib pul qazanmaq mənə yaraşmaz və bu mənim ailə tərbiyəmə ziddir. Kiminsə balasının gözünü yaşlı qoyub, ailəsini dağıdıb özünü təmizə çıxarmaq özü Allah yanında əbədi əzab yolunda yanmaqdır. Mənə elə pullar gərək deyil. Bu kasıb komam, bir tikə çörəyim mənə bəs edər. - Görücülər zəngin yaşayır. Siz nə əcəb belə bir kasıb komada qalırsınız? - Mən insanlara təmənnasız xidmət edirəm. Gördüyüm işə görə özümə konkret qiymət qoymuram. İnsana qiyməti Yaradan verir, ruzini bəndənin əliylə sənə göndərir. - Siz 7 il ağır yataq xəstəsi olmusunuz. Əliniz, ayağınız işləməyib. O əzabları bu illərdə necə çəkmisiniz? - O 7 il Allahın sınağı idi. Çoxları deyirdi ki, öləcəyəm, ayağa durmayacağam. 7 il varlığımı vergi toxumuyla doldurdu. 7 ildə gördüklərimin hamısı çin oldu. Vergili bir bəndə kimi 7 il əzabdan sonra 8 ildir əzab çəkən insanlara yardımçı oluram. - 8 illik görücü həyatı və 7 illik yataq xəstəsi olan uşaq. O illəri xatırlayanda ürəyinizdən nələr keçir? - O 7 ili yaşamasaydım, 8 il insanlara xidmət edə bilməzdim. İnanın, hərdən o keçmiş 7 ilimə qayıtmaq istəyirəm. Mənim varlığımı qəbul etməyənlərin bu gün mənə əli çatmır. Varlığım kimlərisə qıcıqlandırır. Mən insanlarda ləkə istəmirəm. Çalışıram pisi də yaxşı edim, düz yola çəkim. Çox insanları düz yola qaytarmışam, şəfa vermişəm, ruzi-bərəkətləri aşıb-daşıb. Etdiklərimə görə ruzini mənə Allah göndərib. Mən kiməm ki? Mən də bir ananın övladıyam. Anama ömrüm boyu borcluyam. O, 7 il mənim əziyyətimi çəkib, yuxusuz qalıb. - Qardaşınız 10 yaşlı Dönməz də vergilidir. - Etiraf edim ki, o məndən də güclüdür. Ürəkdən dediyi hər şey çin olur. - Mirxanlar, Milli Məclisə seçkilərdə sənət sahiblərindən millət vəkili seçilənlər olacaqmı? - Seçkilər gərgin keçəcək. Millət vəkili kürsüsündə bir xalq artistini görürəm. - Görücü həyatı sizi yormurmu? - İnsanlara sevinc, şəfa bəxş etmək özü xoşbəxtlik demək deyilmi? Alim Nəbioğlu MİRXANLARLA əlaqə yaratmaq istəyənlərə: [b]070-246-02-02 070-726-02-02 051-719-55-56 012-417-64-19 055-300-09-08[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA